Kitab – rifah nişanəsidir, toxluğun əlamətidir, cibdəki artıq pulun xərclənmə təyinatıdır.
Sizdə heç belə olubmu: küçəylə gedirsən, bekarsan, cib boş, için dolu, bir yandan yayın istisi, digər yandan içindəki qəzəbin doğurduğu yanğı. Elə bilirsən ki, bu saat, bu an hər kəs sənin pulsuzluğundan, ehtiyacından xəbərdardır.
Başını aşağı dikirsən, aman, cibinin boşluğunu bilərlər deyə, sanki günahkarsan, sanki elə indicə bəndən gizlin bir iş tumusan; sanki əllərin qana bulaşıb.
“Aha, o qadın niyə mənə tərs-tərs baxdı?”
Və tez kitab piştaxtasına sarı çevrilirsən. Kitabları əlinə götürüb bir-bir nəzərdən keçirirsən.
Aman Allah, oxunası hələ nə qədər əsər var!
Təsəvvüründə geniş, işıqlı otaq canlanır, üç divarı boydan boya kitab rəfidir, biri iri pəncərəli. Otağı dolduran işıq da bu pəncərədən içəri düşür.
Rəflərdə səliqəli düzülüş, kitablar sənə cənnət mələklərini xatırladır; hamısı öhdəndə, bircə vaxt ola, eləcə də yellənən kürsü, pürrəngi çay...
Və birdən Puşkinin ölümqabağı sözləri yadına düşür. Kitablar, yarımçıq, səliqəsiz əlyazmalar, mürəkkəb ləkəsi və s.-in əhatəsində can verən şair: “Bircə sağ qalıb otağımı qaydaya sala biləydim”.
Fanilik! Bu da son!
Geniş pəncərə, işıqlı otaq, rəflər, asudə vaxt və kitab haqqında arzular Puşkinin cümləsi və həyatın faniliyi yada düşüncə öldü.
Yeri kitab olsun!
Yeri kitab olsun
Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür
18:38
14 fevral 2025

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır
14:25
14 fevral 2025

Niyə evtanaziya əcəldən daha yaxşıdır?
17:00
11 fevral 2025

Vətənə, millətə xəyanət, uşaq istismarı
12:00
23 yanvar 2025

Sənət Allah üçündür
09:00
22 yanvar 2025

Peyğəmbərlik nədir?
15:00
7 yanvar 2025