Anarıq...

Anarıq...
23 aprel 2013
# 17:42

Anar Məmmədxanovun adı çəkiləndə ağla ilk “Bakılı oğlanlar”, el dilində desək KVN gəlirdi. Gülərüz, şən Anar Məmmədxanov illərlə güldürdüyü insanları iki il əvvəl ağlatmağı da bacardı. İki il əvvəl müsahibə üçün zəngləşdik və vaxt təyin etdik. Ancaq müsahibə alınmadı, ölümü imkan vermədi. Onun haqqında təriflə bol, bərli-bəzəkli cümlələr yaza bilmirəm. Yəqin ki, o, özü də bunu istəməzdi.

Anara münasibət heç vaxt birmənalı olmadı, yaşadığı vaxtda, ölən zamanda. Çoxları onu həqiqətləri deməməkdə, susmaqda ittiham edirdi. Ancaq Albert Kamyunun müqəddəs hesab etdiyi ictimai rəy Anarın tərəfində idi. Anar sadəcə işi ilə məşğul olurdu. Yeri gələndə Milli Məclisin tribunasından “mənim oğlum 18 yaşına çatanda görəcəklər əsgər necə olur” deyirdi. Yeri gələndə milliyyətçi olurdu. Haqqında deyilənləri, tənqidləri dinləməyi bacarırdı.

Kapitanı olduğu “Bakılı oğlanlar”la lazım olan yerlərə lazım olan mesajları yollayırdı. “Bakılı oğlanlar”ın konsertlərində zal tamaşaçılarla dolu olar, konsertin kasetləri əl-əl, ev-ev gəzərdi. KVN-nin səhnələri uzun müddət müzakirə olunardı. Bu kapitan kimi Anarın uğuru idi. Tez-tez deyirdi ki, o qədər işlər görmüşəm, ancaq KVN-dən danışırlar. Deyəsən mən də KVN-dən çox danışdım. Amma qazanılmış, Azərbaycanı sevindirən uğurdan danışmaq gərəkdir.

Onun ölümünə sevinənləri isə başa düşməyə, anlamağa çalışsam da bacarmadım. Axı bir insanın, bir atanın ölümünə necə sevinmək olardı?!

Bir cəmiyyətin inkişafı üçün 3 əsas şərt olmalıdır: siyasi mədəniyyət, mənəvi-əxlaqi prinsiplər və mədəni-tarixi ənənələr. Bu üç şərtdən biri pozulduqda cəmiyyətin aşınması daha da sürətlənir, o cəmiyyətdə işlər qaydasında getmir.

Siyasi mədəniyyətimiz çatmadı...

Mənasız yaşamaq üçün həyat qısadır deyiblər. Anar qısa həyat yaşasa da mənalı yaşamağı da bacardı.

# 2972 dəfə oxunub

Oxşar xəbərlər

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
#
#
# # #