Pandemiyalı dəniz mövsümü

Pandemiyalı dəniz mövsümü
16 iyun 2020
# 11:02

Tez-tez facebook keçənilki sərgüzəştlərimizin şəkillərini çıxarır rastımıza. Gah bir dağ döşündən, gah bir qaya başından, dəniz sahilindən, idman salonundan, hava limanından, qohum toyundan, övlad “Son zəng”indən. Şair demiş: “Nə xoşbəxt imişəm, bir zaman, allah, xəbərim olmayıb bu səadətdən”.

İnsanın heç vaxt öz səadətindən xəbəri olmur, ta ki onu itirənə qədər. Yəqin, elə ona görə biz də 2019-cu il bitəndə sanki dərd-bəladan qurtulmuşuq kimi sevinir, məhz yuvarlaq rəqəmdi deyə 2020-ci ildən həyatımızın dəyişməsini istəyirdik. Dəyişdi. Əlimizdəkiləri aldı ki, sonra onları qaytarıb bizi xoşbəxt etsin.

...Dəniz mövsümü başlayıb. Bu şəhəri qoyub-gedə bilmədiyimiz səbəblərdən biri. Axı biz bu küləkli, əsəbi, izdihamlı şəhəri dənizinə bağışlamışdıq. Gedib özümüzü Xəzərin qucağına atanda ilin bütün yorğunluğu çıxırdı canımızdan.

Bunu da aldımı əlimizdən pandemiya?!

Necə olacaq builki icazəli, ara məsafəli, pandemiyalı dəniz mövsümü?!

Çox güman ki, əvvəlkilər kimi olmayacaq.

Bir dəfə çimərlikdəki səsləri dünyanın ən gözəl səsinə bənzətmişdim, qum üzərində uzanıb gözlərini yumursan, dalğaların, uşaq qəhqəhələrinin, cürbəcür səslərin qarışığını, xaotik olduğu qədər də harmonik simfoniyanı dinləyirsən. Təbiətin həyatla qovuşduğu ən gözəl səhnə...

Dənizimiz çatmır indi, amma havası çatmayan xəstələri xatırlayıb utanırıq buna şiddətli çatmazlıq deməyə. Hələ ki sığınmağa bir yuvamız, ciyər dolusu havamız var, çox şükür.

Əlimizdəkilərlə bizi təhdid edən həyat dənizi də qaytaracaq bizə. Hələliksə həsrət çəkmək zamanıdır. Bəzən həsrət də nələrisə öyrədir adama...

# 3977 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #