Cavanşir Məmmədovun “başının gülləsi”

Cavanşir Məmmədovun “başının gülləsi”
14 yanvar 2020
# 11:15

Əsərin bədii effektinə nail olmaq üçün ekspozisiyanın qurulması ən vacib şərtlərdən biridir. Ekspozisiya sənətkarın sözünü demək üçün yaratdığı şəraitdir. Təxminən əsərin dəhlizidir.

Biz hadisələrin gedişində xarakterləri açılacaq və ya işarələri çözüləcək obrazlarla ekspozisiyada tanış olur və onlarla uzun bir “yola çıxırıq”.

Ekspozisiya bəlkə də əsərin ən çətin hissəsidir. Sənətkar burada elə bir atmosfer yaratmalıdır ki, oxucunu ağuşunu alıb aparsın. Bacarmasa, bəri başdan məğlubdur!

Bir misal deyim. Lokal lətifələri göz önünə gətirin. Hansısa bölgə ilə bağlı, yaxud hansısa peşə sahibləri ilə bağlı öz yerlərində və öz aralarında gülüş doğuran lətifələri deyirəm...

Bəzən kənar adam üçün gülməli görünmür. Çünki ekspozisiya yoxdur. Sadə desək, biz o adamları yaxından tanımırıq və o yerin, o peşənin özəlliklərini, incəliklərini bilmirik. Əgər tanısaq və bilsək mütləq bizə də gülməli gələcəkdir.

Sosial şəbəkələrin bir üstünlüyü var, biz burdakı adamların çoxunu tanıyırıq, vəziyyətin spesifikasını anlayırıq. Ona görə qarşımızda hazır kompozisiya var. Qalır vəziyyətə uyğun deyilən bir söz, paylaşılan bir foto, bir video...

Yadınızdadırsa, “Bozbaş” Picturers-in rəhbəri İlkin Həsənli “Çernobl” serialının linkini yüksək təqdimatla paylaşmışdı, kimsə girib altına rəy yazmışdı ki, özün belə seriallara baxırsan, bizə də Fəlakətlə Qılmanı təqdim edirsən. Rəyə minlərlə “like” gəlmişdi.

Dediyim kimi, ekspozisiyası hazır bir situasiyadır bu.

Yaxud, bu yaxınlarda müğənni Cavanşir Məmmədovun “Mənim İbrahim Tatlısəsdən nəyim əskikdir?” başlıqlı linkinin altına yazılan komment doğrudan-doğruya adamı vəcdə gətirir: “Başının gülləsi!”

Bu komment İbrahim Tatlısəsin başından vurulmasını eyham vuraraq həm də xalq arasında bivec adamlara deyilən “Bircə başının gülləsi çatmır” ifadəsinə incə bir göndərmədir. Üstəlik, sonuncu diskinin üstünə “İmperator” yazdıran və Tatlısəssayağı bığ qoyan, bu azmış kimi “kriminal aləm”lə yaxınlıq edən Cavanşir müəllimin daşını-daş üstündə qoymur.

Misalları uzada bilərəm, lakin məni anladığınıza əmin olub son cümləmi klavyaturaya döyəcləyirəm: bədii əsərin bu sayaq həyat gerçəklərindən fərqi və çətinliyi ondadır ki, ekspozisiyanı özün yaratmalı, effektiv vəziyyət üçün şəraiti özün qurmalısan.

Bu, düşündüyümüz qədər də asan məsələ deyil.

# 10076 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #