Akif Səmədin telefondakı ölüm xəbəri

Akif Səmədin telefondakı ölüm xəbəri
6 iyul 2017
# 10:09

Bu gün şair Akif Səmədin anım günüdür. Kulis.az şairin oğlu Ulucay Akifin atası haqda yazısını təqdim edir.

Əgər məndən hansı əşyadan qorxduğumu soruşsalar, şübhəsiz ki, heç tərəddüd etmədən ev telefonu deyərəm. Ev telefonunun səsini eşidəndə içimi vahimə basır, bildirməsəm də çox qorxuram.

Əlbəttə, hər şeyin bir səbəbi olduğu kimi mənim bu fobiyamın da bir səbəbi var. Ev telefonundan qorxmağıma səbəb 13 il qabaq evimizə gələn zəng idi.

Düz 13 il qabaq, 9 yaşım olanda ev telefonumuza zəng gəldi. Bacılarım, qardaşım və mən cizgi filminə baxırdıq. Anamız bazara getmişdi, atamız isə işə. Telefon zəngi bizi ürkütdü, həm də diqqətimizi cizgi filmindən çəkmək istəmirdik. Qardaşım telefona yaxınlaşdı, dəstəyi götürdü. Biz də qardaşımıza baxıb kimlə danışdığını dəqiqləşdirməyə çalışırdıq. Qardaşım “alo” kəlməsindən başqa bir söz işlətmədi. Dəstək qulağında bizi izləyərək susdu, sonra dəstəyi yavaşca yerə qoydu.

- Ata ölüb. - səsi titrəyərək belə dedi.

Nə edəcəyimizi bilmədik. Bir anda qorxu içində ağlamağa başladıq. Yarımçıq ağlayırdıq ki, bəlkə yalandan deyiblər. Bacım dedi ki, kimsə zarafat edir, papa ölməz. Qardaşım isə aramızda ən böyük olaraq bizi sakitləşdirməyə çalışırdı:

- Sakit olun, ana gəlsin biləcəyik.

Amma bu sözləri deyərkən belə gözlərindən yaş axırdı. Heç kim bizlə zarafat etməmişdi.

Zəng edən kim idi hələ də bilmirik. Kim balaca uşaqlara belə xəbəri telefonda birbaşa deməyə çəkinməmişdi? Kimin ürəyi gəlmişdi?

O vaxtdan hər ev telefonu zəngini eşidəndə o günü xatırlayıram, o günü xatırlayanda da həmin 9 yaşlı uşağa çevrilirəm, qorxuram. Buna görə də heç vaxt ev telefonuna gələn zəngləri açmağa cəsarətim çatmır. Hətta bəzən zənglərin dayanmadığını görəndə telefonunun naqilini çıxarıram.

# 3180 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #