Lilli gölün qurbanı
7 sentyabr 2012
10:59
“Elə bil, dünən idi...” silsiləsindən
Elə bil, dünən idi. Amma aradan otuz iki il keçib. Bu otuz iki ildə çox möhtəşəm, sarsıdıcı günlər olub, ancaq o gün o qədər aydın və təfərrüatı ilə yadımdadır ki, yəqin son günümə qədər də yaddaşımda eləcə aydın, bütün epizodlarını əzbərə bildiyim film kimi qalacaq.
Həmin gün o uşaq yarım saatdan sonra öləcəkmiş kimi məhzun bir görkəmlə oturub göldə çimən tay-tuşlarına baxırdı. Onunla birlikdə “Belarus” markalı sarı-lacivərd rəngli kabinəsi olan traktorun lafetində 7-8 kilometr qərbdə yerləşən qonşu kənddən gölə çimməyə gəlmiş tay-tuşları çimirdilər, o isə dünyanın axırını hiss eləmiş adam kimi, ekskavatorla qazılıb dərinləşdirilmiş gölün kənarında, çalovuş ağzından çıxmış torpaq qalaqlarının dikdirində oturub onlara tamaşa edirdi. Bizdən təxminən iki yaş kiçik (sonradan onun on üç yaşı olduğu aydınlaşdı) olan bu oğlan uşağı bizim nəzərimizi elə buna görə cəlb etdi – suya girməməsi və fağır-fağır baxması ilə. Bu yaşda uşaqlar elə olmurlar, elə bilirlər, həyat əbədidir, hey atılıb-düşür, hırıldaşırlar. O isə çox qaşqabaqlı idi.
Biz göldə yox, on beş-iyirmi addım geridə, çayın dayaz yerində çimib sərinləmişdik və indi gölün qırağında günün əyilməsini gözləyə-gözləyə, guya ki, dincəlirdik. Saat dörddən keçmiş vaxtlarıydı.
“Belarus”un sürücüsü onları burada düşürmüş, elə çayın yatağı ilə də sürüb üç-dörd kilometr şərqdəki fermaya, yəqin ki, jımıx-filan almağa getmişdi, qayıdanda onları da götürəcəkdi. Uşaqlar çimirdilər. Bizim kənddən olan Seyran və onu təxminən yarım saat əvvəl ölümün pəncəsində alan Axan oğlu Zahid (bizim kənddə Zahid adlı adam çox olduğundan onları ya ləqəbləri, ya da atalarının adı ilə bir-birindən ayırırdıq) də çıxıb getmişdilər. Gölün kənarında bizim kənddən üç-dörd mən yaşda və məndən kiçik uşaq qalmışdı, bir də bir az aralıda mal və qoyun növbəsinə gələn adamlar vardı.
Mən dərin sudan qorxurdum, ona görə də heç vaxt bu gölə girmirdim. Göl çox dərin idi, adama boy vermirdi. Deyirdilər, azı üç metr dərinliyi var, həm də dibi lillidir, adamı çəkir. Yuxarı kənddən gələn uşaqların bir neçəsi buna baxmır, gölün sahilindən çox aralanmadan üzür, tez də sahilə yan alırdılar, bəziləri isə biz çimən yerdə çimirdilər. Biz çayın qabağını daşla tutub şişirtmişdik və suyun dizdən bir az yuxarı qalxdığı hovuz fason bir şey düzəltmişdik. Təkcə o uşaq nə göldə çimənlərə, nə də hovuzda məzələnənlərə qoşulmurdu. Bizə elə gəlirdi ki, ya onun əynində adam içində çıxarılası tumanı yoxdur, ya da uşaq ümumiyyətlə sudan qorxur.
Bir az əvvəl göldə batmaqdan xilas olmuş Seyran isə əksinə, suya cəsarətlə girmişdi. Amma Zahid olmasa, o, yüz faiz boğulacaqdı. Bizdən bir sinif yuxarıda oxuyan Zahid kəndimizin Köndələnçay tərəfə yaxın hissəsindən idi, gözünü açandan çay qırağında, suda idi, balıq kimi üzürdü. O, bəlkə də yer üzündə yalın əllə balıq tutmağı bacaran yeganə adam idi. Onun bacarığı onda idi ki, dərinliyə dalır, heç nədən çəkinmədən əlini gölün dib divarında olan, yumruq girəcək qədər balaca kahalara salır, balıqları tutur, hər iki əlində balıq tutaraq, sudan çıxır və onları sahilə atırdı. Onunla birgə gələn qonşu uşağı isə balıqları çayın məcrasından bir-iki metr kənarda düzəltdiyi vanna boyda xırda gölməçəyə buraxırdı ki, hələlik ölməsinlər, gedəndə çubuğa taxıb evə aparsın.
Seyran batmağa başlayanda, daha dəqiqi, balta kimi suyun dibinə gedəndə Zahid gölün qarşı sahilindəki dikdirdə oturmuşdu. Seyranın suyun üzünə çıxmadığını (hesabla iyirmi-otuz saniyəyə çıxmalıydı) görüncə, o, Tarzan kimi suya kəllə vurdu və təxminən iyirmi saniyədən sonra Seyranı boynuna mindirmiş halda sudan çıxardıb qırağa gətirdi. Seyranın nitqi tutulmuş, gözləri bərəlmişdi. Amma nəfəsi özünə tez qayıtsa da, o, uzun müddət şokdan çıxa bilmədi. Gördüyü işdən xeyli fərəhlənmiş Zahid deyirdi, iki-üç saniyə də ləngisə işi bitmişdi. Seyranın bəxti onda gətirdi ki, - Zahid deyirdi, - hələ lilə batmamışdı, mən vaxtında çatmasam, həm də düz üstünə çıxmasam, gədə getmişdi. Seyran bircə onu deyirdi, suda sanki ayağında qan donub, hərəkət edə bilməyib.
Əslində göl o qədər böyük deyildi ki, Zahid suda batan Seyranı suyun altında çox axtaraydı. Bu göl çayın sağ sahilində dəmyə küdrülərdəki əkin sahələrini suvarmaq üçün sovxoz rəhbərliyi tərəfindən qazılıb düzəldilmişdi. Eni on, uzunu iyirmi metr olardı. Gölə iri motor qoyub dəmyə sahələrə su vururdular. Yaz ağzı az qala Araz çayına dönən və seli-suyu şaqqıldayıb axan, iri “ZİL” maşınını aşıra bilən Quruçay iyun ayının ortalarında quruyurdu. Bunun bir səbəbi də o idi ki, çayda su bir az azalmağa başlayanda 15-16 kilometr yuxarıda Quruçayın qabağını şlüzlərlə kəsib suyunu Köndələnçay dəryaçasına yönəldirdilər. O üzdən Köndələndə həmişə su olurdu, amma Quruçay quruyurdu. Ancaq bu çayın yatağında çoxlu kiçik bulaqlar vardı və biz çimən yerdən bir kilometr geridə qaynamağa başlayan bulaqların suyu bir yerə yığılanda iki artezian quyusunun suyu qədər olurdu. Onun qarşısını kəsib göl əmələ gətirmişdilər. Ekskavatorla dərin qazıldığından gölün özü də dibindən qaynayırdı. Bu səbəbdən motor nə qədər sorsa da, gölün suyu azalmırdı. Üstəlik, göldən ayrılan su üzü aşağı axıb gedir, Quruçayı hər halda sulu çaya döndərirdi.
Adamlar burada və aşağılarda çimir, maşın yuyurdular. Göldən təxminən iki yüz metr aşağıda bəlkə də dünyanın ən lətif və dadlı suyuna malik Zərif bulağı vardı. Onun da üstü həmişə adamlarla dolu olardı. Bir neçə kənddən iri və kiçik maşınlarla gələr, parçla bidonlara su doldurub aparardılar.
Yuxarı kənddən gələn uşaqlar ona görə o boyda yolu basa-basa buraya gəlmişdilər ki, Quruçayın onların kəndinin yaxınından keçən hissəsi lap quru idi. Onlar traktorla gəlmişdilər, traktorla da qayıdacaqdılar, indilikdə isə birindən başqa hamısı çimirdi.
O, adi, bütün günü günəş altında oynamaqdan qaralmış, başı qırxıq, paltarı əynindən tökülən kənd uşağı idi. Yarım saatdan sonra öləcəkmiş kimi məhzun görkəmlə, çöməltmə oturmuş halda tay-tuşlarına baxırdı. Onu çimməyə çağıran yox idi, hərə öz kefindəydi.
Biz bir az əvvəl boğulmaqdan xilas olmuş on üç yaşlı Seyranın halından, onu xilas etmiş Zahidin qoçaqlığından danışa-danışa göldən aralandıq. Təxminən üç yüz metr uzaqlaşmış, Quruçayın enli və dərin vadisindən tamam yuxarı qalxmışdıq ki, göl tərəfdən çığırışma səsi gəldi. Dərhal dönüb qaça-qaça gölün qırağına qayıtdıq. Çatıb gördük ki, bayaq çimən uşaqların hamısı əyinlərini geyinmiş, həyəcanlı, ağlamsınmış şəkildə gölün ətrafında dövrə vurur, “batdı, batdı, çıxmadı” deyirlər. Məlum oldu ki, bayaqdan bəri çimmək istəməyən uşaq qəfildən fikrini dəyişib, tay-tuşları sudan çıxıb əyinlərini geyinəndə, o, tez-tələsik soyunaraq özünü dikdirdən suya atıb və bir dəfə üzə çıxıb iki metr üzdükdən sonra yenidən çabalaya-çabalaya suyun dibinə gedib. Tərs kimi, onun tay-tuşlarının içində Zahid kimi qoçağı, cəsarətlisi olmayıb ki, onu xilas etmək üçün ardınca suya atılsın.
Çığırışmaya Zərif bulağının üstündəki adamlar da gəldi. Daha sonra çayın sağ və sol sahilindəki üzüm plantasiyalarında işləyənlər, çobanlar, yol ötənlər tökülüb gəldilər. Bizim kəndçi Davud müəllim öz maşını ilə, çox yüksək sürətlə, toz buludu yaradaraq yuxarı kəndə haya getdi. Sanki batan uşağı xilas etmək mümkün olacaqdı.
Gün əyilmişdi, artıq axşam düşürdü. Gölün qırağı adamlarla dolu idi. Bir-iki nəfər suya baş vursalar da, uşağı tapıb çıxara bilmədilər. Görünür, onlar dərinə dalmağa, lil qatına yaxınlaşmağa qorxurdular. Biz qaranlığın düşməsini gözləməyib kəndimizə qayıtdıq. Yolda mistik ovqata köklənmiş halda danışırdıq ki, sanki bu göl həmin gün on üç yaşlı bir uşaq udmalıydı, uddu. Zahid Seyranı onun əlindən aldısa da, o biri uşaq güdaza getdi.
Biz piyada gəlib kəndimizə çatanda həmin yolu maşınla gələn adamlardan eşitdik ki, Dədəş adlı bir kəndlisi suda xeyli axtarandan sonra uşağın meyidini lil qatının içindən tapıb çıxarıb.
Ertəsi gün yaxın kəndlərdə hamı bu əhvalatdan danışırdı və hamı batan uşaqla birlikdə gölə çimməyə gedən həmin uşaqları qınayırdı. Traktorçu da baiskar olmuşdu.
Amma biz bilirdik ki, heç kəsdə günah yox idi. O uşaq çimmək istəmirdi, onu heç kim çimməyə məcbur etmirdi.
Seyranın xilas olması hadisəsindən evlərində də xəbər tutmuşdular. Ya özü danışmışdı, ya da Zahid demişdi. Ertəsi gün səkkizinci sinifin son buraxılış imtahanını verdiyimiz vaxt onun böyük qardaşı gəlib məndən hadisənin necə baş verdiyini soruşdu, bir az yumşaldaraq danışdım, amma o, qorxmuş halda, başını bulaya-bulaya getdi.
Keçən il Sulutəpədə Seyranı gördüm, hüznlü şəkildə oturduğu avtobusda düz yanımdan ötüb keçdi. Mən onu dərhal tanıdım. Yaşlaşmış, saçı seyrəlib çallaşmış, kökəlmiş, qırx dörd yaşına varmış bir kişi idi. İstər-istəməz həmin günü, 1980-ci ilin iyun ayını, onun suda batdığı və xilas olunduğu vaxtı, bir də onun yaşıdını, yarım saat sonra öləcəkmiş kimi hüznlü bir şəkildə göl kənarında oturub suya baxan, axırda suda batan və xilas olunmayan uşağı xatırladım. Elə bil, dünən idi.

897 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024