Bizə yazıq...
11 avqust 2012
09:00
Başlıq lap Mənsurə Musayevanın “Dərələr”i oxumasına oxşadı. Acıqca belə yazdım, qoy, Mənsurə kimi müğənnilər görsünlər ki, birinin uzun illər bir peşənin daşıyıcısı olmasıına rəğmən həm də o peşədə naşı olması adamı necə yandırır. Müğənnilik də peşədir də... İstedadın olur, məktəb keçirsən, oxuyursan, öyrənirsən, təcrübə qazanırsan, nəhayət bir gün ətrafdan sənə deyirlər ki, peşəkarsan maşallah-namxuda. Vay o gündən ki, lap istedadın da ola, məktəb də keçəsən, uzun illər bu peşədə külüng vurasan, amma peşəkarlıq nə olduğun bilməyəsən, bu sarıdan nakam qalasan.
Söhbətini istəmədən, naəlac açdığım Mənsurə Musayeva da belələrindəndir. Ona görə istəmədən, naəlac ki, redaktorumuz da dedi ki, Mənsurə Musayeva kimi qeyri-ciddi müğənnilərdən yazmaqdansa, gəl sənə lətifə danışım. Haqlıdır, onun nə özü, nə də sənəti barədə dərgimizin səhifələrində yazmağa dəymir, amma yazmasam da ölərəm. Heç olmasa deməliyəm ki, yaxşısı budur bir də özünə müğənni deyib efirlərə çıxmasın, desin ki, həvəskar müğənniyəm.
Vallah, həvəskar müğənni də Şövkət Ələkbərovanın ifası ilə iz qoyduğu “Dərələr” kimi şedevr mahnının sözlərini və musiqisini beş barmağı kimi bilməlidir. Əgər sən mahnı oxuyansansa və bu janrın misilsiz incisini - sözləri Nəbi Xəzri, musiqisi Emin Sabitoğluya aid “Dərələr”i bilmirsənsə, yaxşısı budur bu peşənin adını tutmayasan.
Təsadüfən telekanallardan birində canlı musiqi verilişini izlədim. Gördüm musiqi canlıdır, ona görə... Veriliş boyu Mənsurə Musayeva əlində kağız nə isə oxuyurdu. Axırda aparıcı onu səhnəyə dəvət etdi və məlum oldu ki, müğənni xanım canlı ifa edəcəyi “Dərələr” mahnısının sözlərini əzbərləyirmiş. Hələ bu qədər əzbərlədikdən sonra axırda da çıxıb əlində vərəq sözlərini baş-ayaq oxuduğu mahnının heç musiqisini də düzgün və yerində ifa etmədi.
Bəs, görəsən bunlar öz sənətləri ilə bağlı nə öyrənirlər əgər Şövkət Ələkbərovanı dinləmirlərsə...? Bu ifaçı məntiqlə də tuta bilmədi ki, dərələrlə bağlı harada mışıl-mışıl, harda yaşıl-yaşıl ifadələrini işlətmək olar. Əlinin papağını Vəlinin, Vəlininkini heç özü də bilmədi kimin başına qoydu. Rəhmətlik Şövkət xanım məzarında Allah bilir hansı günlərə qaldı. Elə həmin kanalda bir gün əvvəl də onun “Axşam” mahnısını Səyyad Əlizadə oxuya bilməmişdi. Həmin mahnı da Tofiq Quliyevin mahnı janrında şedevr əsərlərindəndir.
Nə müğənniyəm, nə də musiqi təhsilim var, amma elə mahnılarımız var ki, dəfələrlə dinləyib doymuram və onları əzbərdən bilirəm, o mahnıları bilməyən müğənni bir yana dursun, sadə azərbaycanlıya belə yazığım gəlir ki, yazıq musiqi duyumu kimi bir nemətdən məhrumdur. Əgər bu adam həm də müğənnidirsə, o halda yazıq o, deyil, bizik.
Hə... Redaktorumuz danışdığı lətifə isə belə idi: “ Bir gün ailə başçısı ölüm ayağı arvadına vəsiyyət edir ki, məndən sonra qanunla ərə getmək istəsən get, amma papağımı yerə soxma, yoxsa mənə hər xəyanətində məzarımda bir dairə vuracam. Zaman keçir qadın ərə getmir, amma sonra ərinin papağını addım başı yerə soxur. Bir gün bu qadın da o dünyaya gedir, orda hamını tapır, ərindən başqa. Axırda birindən soruşur ki, bəs, ərim Məhəmməd də burda olmalıdır, hanı? Soruşduğu adam:
- Hansı Məhəmməd, vintilyator? –deyə sualla cavab verir.”

1628 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024