Əzrayıl pozub ölüm orucunu...

 Əzrayıl pozub ölüm orucunu...
1 avqust 2012
# 09:49
Xəbər.

Telefonun gözləri işıqlanır
mesaj: “Keçindi.”
Yenə siqaret yandırırsan
yenə fikrə gedirsən
yenə iç monoloq başlanır...
Demək yenə Əzrayıl
pozub ölüm orucunu
və demək yenə
dolub kiminsə ömür xurcunu...

Neyləməli, taledi,
neyləməli, qədərdi.
Həyat
doğum iliylə ölüm ili arasındakı
balaca bir tire qədərdi.
Qalanı təfərrüatdı,
məzar daşıdı, molladı, güldü,
“mədəni təsərüffatdı”...

İtirəndə anlayırsan
diaqnozların quruluğunu,
dilin ifadə imkanlarını...
“Ürəyi dayandı”
Bu “ürək” adlı ömür avtobusu,
harda dayandı,
hansı dayanacaqda ?
Niyə dayandı,
kimisə götürəcəkmi ?
Bilmirsinizsə, gülməyin.

“Keçindi”
O mərhum zatən
həmişə bizsiz keçinmişdi,
öləndə də bizsiz keçindi...
Halbuki
sayılmışdı, seçilmişdi,
adına sağlıqlar deyilmişdi.
sağlıqların gücü çatmadı əcələ...
Sabah başlamaq lazımdı həyata
heç nə olmamış kimi,
heç nə olmamış kimi,
heç olmamış kimi...
# 1380 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #