Öldürən mahnılar
31 iyul 2011
06:00
Əsl sənət əsərləri, yəni insanı insanlığa, saflığa çağıran sənət əsərləri insanı sarsıda bilər, amma öldürməz. Bayağı, ucuz, dəyərsiz mətnlər, musiqilər, filmlər insanı səhvə, ölümə, intihara sürükləyə bilər.
Bu yaxınlarda Youtube-da Sezen Aksunun mahnılarını axtarırdım, haradansa azıb-tazıb bir yerə gedib çıxdım. Gülməkdən birtəhər oldum. Üç-dörd metr uzunluğunda mahnı siyahısı var. Qəribədir ki, mahnılar bir-biriylə nəylə rəqabətə girsə yaxşıdır? “Bu mahnını dinlədi, intihar etdi”, “İntihar edən qızın son şarkısı”, “Bu mahnını dinləyib, özünü asdı” və s...
Maraq məni dalınca apardı, yəqin ki, bir çoxlarını da elə beləcə dalınca aparıb, toruna salıb, bu axmaq mahnılara qulaq asmaq məcburiyyətində qoyub. Mahnıların musiqisi də, sözləri də ətimi tökdü. Ürəyimdə dedim: “torpaq qulağına xəbər aparmasın, belə axmaq mahnıya qulaq asıb ölmək fikrinə düşən adam.., nə deyəsən axı”. Zarafat bir yana. Bir neçə il bundan əvvəl Murat Kəkilli adlı bir müğənninin “Bu akşam ölürüm, beni kimsə tutamaz” deyə bağırdığı gic-gicə bir mahnıya qulaq asıb özünü öldürənlər həqiqətən olmuşdu. Mən hələ eşitməmişəm ki, hətta Motsartın yazdığı “Rekviyem”i dinləyib kimsə özünü öldürsün. Çünki sənət adamı öldürmür, ölünü dirildir.
Bu günlərdə televiziya verilişlərindən biri N saylı hərbi hissədə əsgərlərə konsert verirdi. Harda yada düşməyən müğənni, meyxanaçı var, götürüb aparıblar hərbi hissəyə. Müğənnilər də nədən oxusalar yaxşıdı. “Sevgilim, mən sənsiz neylərəm”, “Sevgilim, başıma haranın külünü töküm sənsiz?”, “Dünyanın o ucunda olsan, qaçıb gələrəm” kimi əttökən mahnılar , qol-qabırğasını sındıra-sındıra Ana segahı oxuyurlar. Əsgərlərə baxıram, elə dolublar, payız buludu kimi, bir şimşəyə bənddilər, yağsınlar, nə yağsınlar.
Ürəyim ağrıdı. Getmisiz, yaxşı eləmisiz, bu uşaqlara yaxşı oyun havaları çalın, oynasınlar. Ruhlandırıcı, şən ovqat yaradan mahnılar oxuyun. Heç olmasa, bir kənd toyu ab-havası yaradın orda. Sonra da fərarilikdə suçlandırırıq camaatın balalarını, intihar halları qaçılmaz olur.
Biz götür-qoy az edərik, götürüb qoymağı sevmərik, ağlımıza nə gəldi onu da həyata keçirərik, həm də bir göz qırpımında! Mən özüm sizdən geri qalmıram, ha. Mən də sizdənəm, yad deyiləm.
Bu “Avtostop”a baxırsız da yəqin. Ürəyimə daş bağlayıb mən də baxıram hərdən. Piyadaların vurulmasıyla nəticələnən əksər yol qəzaları piyada keçidlərinin yanında baş verir, beş-on metrlik məsafədə. Yanıb-yaxılıram, evin tikilsin, beş addım da qabağa get, hökumətin bir ətək pul töküb tikdirdiyi o keçiddən keç də, səbri yoxdu, götür-qoy eləmək yoxdu. Zamanı qabaqlamaq istəyirik, sürəti çox olan maşınlar seçib alırıq ki, zamana qənaət edək. Bütöv bir ömrü beş –on dəqiqəyə qurban veririk. Halbuki elm adamları zamana qənaət etmək üçün texnologiyada gündən-günə sürəti artırdıqca, biz bu yandan da qızıl kimi vaxtımızın çoxunu mənasız əyləncələrə, gözəllik salonlarına, qeybətlərə xərcləmədəyik.
Hələ bir qəzadan əvvəl də maşınımızda “gözlə gələcəyəm, gözlə gələcəyəm, qurbanın olum” mahnısına qulaq asıb sürəti artırırıqsa...nə deyim e, daha mən.

2241 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024