Mətbəx söhbəti

Mətbəx söhbəti
12 iyul 2012
# 07:00
“Azərbaycan mətbəxi dünyanın ən zəngin mətbəxidir” – bir qisminin absolyutlaşdırdığı bu düşüncə yanlışdır.

Ən azından dünyada çox çeşidli, brend olan Çin mətbəxi var.

Adamlar var ki, onların ağız dadı başqa mətbəxlərin yeməklərinə uymur.

Amma mən başqa millətlərin mətbəxinə açıq adamam. Çin mətbəxinin də heyranıyam.

Onların qurddan, böcəkdən, siçovuldan hazırlanan xörəklərini nəzərdə tutmuram.

Çinlilərin çürbəcür dəniz bitkilərindən, tərəvəzlərdən, min cürə ədviyyatlı yeməkləri (xüsusən portağal sousunda hazırlanmış ördək qızartması), onlarla sousları bir kitaba sığmaz.

Çoxçeşidli türk təamlarının da dünya mətbəxində məxsusi yeri var.

Və Azərbaycan mətbəxindən daha zəngin, çoxçeşidlidir.

Razılaşmayanlar da olacaq.

Ona görə fikrimi əsaslandırım.

Türk mətbəxində 200-dən artıq şorba növü var. Bizdə isə üst-üstə 15-20 çeşid şorba olar ya olmaz.

Hərçənd, azərbaycanlılar o qədər də şorba həvəskarı deyillər.

Özəl bağça müdiri olan tanışım var. Bağçasına imkanlı ailələrin uşaqları gəlir. Menyü uşaqların istəklərinə görə hazırlanır.

Qadın deyir ki, rus və yəhudi uşaqları günortaya şorba, azərbaycanlı uşaqlar isə kabab və ya başqa ət yeməkləri sifariş verir.

Mövzuya qayıdaq. Son illər Azərbaycan mətbəxində də istifadə olunan qırmızı mərcidən Türkiyədə on-on iki cür şorba hazırlanır. Sonra canım sizə desin, mahluta, muradiyə, südlü qarğıdalı kərəviz, tarhana, ezogəlin, bulqur, bamiyə, işkembe, lebenye, kever, alaça, erzincan və s.

Onlarla çeşidi olan börəklərin türk mətbəxində özəl yeri var: su böreyi, darçınlı soya souslu toyuq, badımcanlı qarnıyarıq, qabaqlı yaz böreyi, siqara, makaron, qiyməli saray böreyi, gicitkən və s.

Azərbaycan mətbəxində sağlamlıq üçün çox faydalı olan zeytunlu yemək ənənəsi yoxdur. Ölkəmizdə zeytun becərilsə də bu faydalı bitki mətbəximizdə geniş istifadə olunmur.

Türkiyədə isə zeytun yağında bişirilən yeməklər yüzə çatır.

Türk mətbəxində geniş istifadə olunan bitkilərdən biri ənginardır.

Ənginar Azərbaycanın Lerik, Şamaxı və Mərəzə bölgələrində becərilsə də, mətbəxdə onun yeri demək olar ki, sıfıra bərabərdir.

Türk mətbəxi dolma sarıdan da zəngindir. Bizə tanış olan yarpaq, kələm, bibər, badımcan, pomidor dolmasından başqa qabaq, qırmızı lahana, qara lahana, asma yarpağında ənginar, qabaq çiçəyi, qurudulmuş badımcan dolması, pazı və s. dolmaları hazırlanır.

Bu şirniyyat növünün də çeşidi çoxdur.

Təkcə paxlavanın qırxa yaxın çeşidi var.

Şirniyyatlar arasında önəmli yer tutan kadayıfla bizim mətbəx tanış deyil.

Kadayıf xüsusi növ undan hazırlanan incə tel şəklində xəmirdir.

Və bu məmulatdan onlarla ləzzətli şirniyyat bişirilir.

Ümumən türk mətbəxində sevmədiyim bir neçə yemək var: dovğa və plov. Bu iki təamı türklər bizim qədər ləziz bişirə bilmirlər.
# 1509 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #