Xatirəsiz illər

Xatirəsiz illər
27 sentyabr 2011
# 08:00
Bir dəfə sinif yoldaşım Gülbala bizə üz tutub dedi:

“Doğulduğunuz ildən bu ilə qədər keçmiş bütün illəri sırayla alt-alta yazın. Hərəsilə bağlı bir dənə hadisə, hər birindən bircə dənə xatirə yadınıza gəlirmi?”

Mən elədim. Bəzi illər sadəcə bir əlamətdar hadisəylə yaddaşımdadır, məsələn, 1988-ci ildə məktəbə getmişəm, vəssalam, 1995-ci ildə bir orta məktəbdən o biri məktəbə keçmişəm, vəssalam.

Bu illərə dair ayrı bir şey gəlmir yadıma. Siyahıda bir neçə il var ki, heç bir əlamətdar hadisəsi yoxdur, yalnız özümlə, ailə üzvlərimlə bağlı foto-kadr kimi donuq qısa səhnələr var.

Binamızla üzbəüz tikilən 7 mərtəbənin həyətində rəngbərəng daşlar yığıram – 1989-cu il.

Bir neçə ilsə, baxıram siyahıya, ha yadıma salıram, uzun bir il, 365 gününü yaşamışam, amma yaddaşımda bomboşdur, bir dənə hadisə, bircə dənə təəssürat axtarıram, qalmayıb.

Məsələn, 1994-cü il. Xatirəsi yoxdur həmin ilin.

deffektiv.com
# 1202 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #