Onu necə öldürdüm?
9 sentyabr 2011
11:14
Yaşadığımız dövrü bəzi filosoflar “istehlak dövrü” adlandırırlar.
İstehlak etmək bir vərdişə çevrilib.
Bahalı bir vərdişə.
Bura nağıllar dünyası deyil, heç nəyi salavatla almaq olmaz.
Günü gündən dərinləşən istehlakçılıq ehtirasını təmin etmək üçün pul lazımdır.
Pulu qazanmaq üçün isə işləmək.
Daha çox pul üçün daha çox işləmək…
Aldığımız şeylər bizə çoxmu lazımdır?
Məsələn, bahalı “Blacberry” telefonlarını bir çoxlarımız sadəcə marka dəyərinə görə almırıqmı?
Adam tanıyıram, “Blackberry”ni 40 manatlıq telefonun funksiyaları çərçivəsində işlədir.
Zəng vurur, SMS yazır.
Bunun üçün 40 manatlıq telefon da kifayətdi.
“Düşmən məni alverdə görsün” zehniyyəti deyilmi bu?
Bu yazını bir az əvvəl bir elektron alış-veriş saytında etdiyim qısa səyahətdən sonra yazmaq qərarına gəldim.
Bir müddət əvvəl kitabxanamı qaydaya saldım.
Oxunmalı kitabların siyahısını çıxardıb çap elədim.
Aralarında çoxunu ilk dəfə oxuyacaqdım, amma ikinci dəfə oxunası kitablar da az deyildi.
Yüzdən çox kitab vardı siyahıda.
Bir az əvvəl isə bir filmə baxmaq üçün DVD-lərimi ortalığa tökdüm.
İyirmidən çox film vardı.
Üstəlik də bir neçə rejissor kolleksiyası.
Kəsəsi, iki ay evə qapansam, heç darıxmaram.
Amma bu qədər oxunası kitabı, baxılası filmi olan mən E-Buy-a girib elektron kitab oxumaq üçün E-Book Reader-lərlə maraqlanıram.
Guya bu kitabları xətm elədim, qaldı elektron cihazda oxumaq…
Bir ara iPad almaq istəyirdim, elektron kitab oxumaq və qəzetlərə baxmaq üçün.
Yaxşı ki, vaz keçdim.
İndi elektron kitab oxumaq əvəzinə Şlinkin “Qiraətçi”sini oxuyuram və mənasız burjua alışqanlığı olan “shopping” ehtirasımı boğduğum üçün xoşbəxtəm.

1024 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024