Facebook-da etdiyim o böyük səhv
5 sentyabr 2011
11:30
Bildiyiniz kimi Facebook yeni sistemə keçib.
Artıq hər statusu paylaşanda onun kimə açıq olduğunu göstərə bilirsən.
Əvvəlki formatda da bu imkan mövcud idi, lakin indiki kimi rahat deyildi.
İki gün bundan əvvəl işlə bağlı bir qeydi Facebook-a yazdım və “Ancaq mən” bəndini seçdim.
Yəni bu qeydi ancaq özüm oxuya bilərdim.
Əzablı günlərim bundan sonra başladı.
Nə qədər status yazıram, bir Allah bəndəsi rəy bildirmir.
Düzü, bunu Facebook-un yenilənməsinə bağladım.
Amma bu gün baxıram ki, işlə bağlı o qeydim kimi ondan sonra yazdığım bütün qeydlər də yalnız mənim özümə açıq imiş, dostlar bunu görə bilmirmiş.
Bunu görüb rahatladım, formatı dəyişdirdim, LİKE-lə gəlməyə başladı.
“Mən özüm üçün yazıram” deyib zəvzəkləyən yazıçıları görmüsünüzmü?
Baxın, redaksiyalara cumub müsahibə vermək istəyən məhz bu cür məxluqlardır.
Əlbəttə, yazıçı öz yazdığını, ilk növbədə, özü bəyənməlidir.
Amma əsər oxucuya ünvanlanmalıdır.
Özün üçün yazırsansa daha niyə çap etdirirsən ki, yazdığını…
Facebook-da etdiyim o səhv məni o yazıçıları xatırlatdı.
Özü üçün yazan yazıçıları.
Əslində haqlıdırlar bir az, çünki özü üçün yazanların elə özündən başqa oxuyanı olmur.
Yaxın günlərin planları
- Bakıdan müxtəlif fotosessiyalar hazırlamaq
- Həcmi 200 səhifə ətrafında olan kitabları bir günə qurtarmaq
- İki aydır toz basan DVD-yə bir film qoymaq
- Seymur Baycanla görüşmək
- Soyuq havalara alışmaq
- Bir müddət içkini tərgitmək
- Evə qapılıb Nazım Hikmətin 537 səhifəlik “İnsan mənzərələri” kitabını klassik musiqi fonunda oxumaq
- Mikayıl Rəfili haqqında uzun bir esse yazmaq
- Şərif Ağayarın redaktə etdiyi “Mustafa” romanımın redaktə qeydlərini bilgisayara köçürmək, korrekturada keçirib mətbəəyə vermək
- Facebook-da yüz LİKE almağı bacaran bir cümlə qurmaq
- Erix Mariya Remarkın külliyyatını xətm etmək

1771 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024