Ayı ilə dovşanın nigahı

Ayı ilə dovşanın nigahı
16 avqust 2011
# 16:24
Həmid Herisçi ilə Rafiq Tağı arasındakı polemikanı narahatlıqla izləyirəm.

Adətən redaktorlar bu cür polemikaları böyük həvəslə qarşılayırlar.

Əlbəttə, polemika faydalı polemikadır, lakin bu faydanın davam etməsi və artması üçün müəyyən etik sərhədlərin də gözlənilməsi vacibdir.

Narahatlığım da bu sərhədlərin gözlənilməməsi ilə bağlıdır.

Təəssüf ki, hər iki yazıçımız bu sərhədləri gözləmir.

Polemikaya qoşulmağımın səbəbi isə Həmidin verdiyi bir neçə yanlış bilgininin düzəldilməsindən ibarətdir.

Həmid Herisçinin böyük intellektual potensiala malik olduğunu heç kim inkar etmir.

Lakin Taleyranın “dil insana həqiqəti gizlətmək üçün verilib” cümləsini xatırlayıb onu dəyişdirsək görərik ki, Həmid Herisçi də savadından gerçəyi gizlətmək üçün istifadə edir.

Həmid Herisçinin dediyi kimi Cəmaləddin Əfqaninin Həmədan şəhərində doğulduğu versiyasi mövcuddur, lakin bu mövzuda hakim fikir onun Əfqanıstanda doğulmasıdır.

Əfqani İstanbulda 1897-ci ildə vəfat etmiş və 1944-cü ildə Əfqanıstan hökumətinin xahişi ilə məzarı bu ölkəyə köçürülmüşdür.

Həmid Herisçi onu “maarifçi” adlandırır.

Lakin Cəmaləddin Əfqaninin özünü maarifçi adlandırmadığı, islam reformatoru olduğu, islam ölkələrini reformasiyaya həvəsləndirdiyi, ateizm əleyhinə çoxlu yazılar yazdığı onunla bağlı bütün məqalə və kitablarda qeyd olunubdur.

Bütün bunların maarifçilik demək olmadığını Həmid Herisçi yaxşı bilir.

Maarifçilərin hamısı dinə qarşı idilər, onların tezisinə görə insan zəkasının qarşısını kəsən bütün maneələr, ilk növbədə də din maarifin düşməni idi.

Həmid Herisçi Nərimanovun Əfqaniyə maraq göstərdiyini deyir.

Nərimanovdan bircə sitat göstərsin, Həmid bəy...

Həmidin bəyənmədiyi M.F. Axundovun “Kəmalüddövlə məktubları”nı Nərimanov çap edib, bu Ömər Faiqin xatirələrində yer alır, amma Həmidin qeyd etdiyi fakt deyəsən öz xatirələrinə aiddir.

Məmməd Əmini də “islam maarifçisi” adlandırmaq da Həmid Herisçinin növbəti kəşfi sayıla bilər.

Belə ki, Məmməd Əmin bir müddət sosial demokrat kulislərində olmuş, sonra isə liberal demokratiya ideyasına yaxınlaşmış həyatının heç bir dövründə islam dini ilə siyasət yapmamışdır.

Həmid Herisçi islam sosializmi haqqında sanballı tədqiqatlardan danışır, lakin marksizmin din haqqında baxışlarını bilən adam üçün bu tədqiqatların hər cür sanbaldan uzaq olduğunu bilmək çətin deyil.

İslam sosializmi sadəcə dindar xalqı marksizmə çəkmək üçün qurulmuş bir ideoloji oyun idi.

Ərəb ölkələrinin əksərində yayılmış bu ideyaların nəticəsi o oldu ki, o ölkələrdə də islam qaldı, nə də sosializm...

Bu sadəcə hibrid idi, ayı ilə dovşanın nigahından övlad gözləmək idi.
# 2364 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #