Cəlil Məmmədquluzadə Facebookdakı yazarlara nə deyərdi?
Cəlil Məmmədquluzadə “Xatiratım”da yazırdı:
“Əsərlərini ona-buna həvəslə göstərən yazıçıları dost tutmaram, bəlkə iyrənərəm. Məni tanıyanların heç birinin yadına gəlməz ki, öz əsərimi bir kəsə göstərəm, ya bir kəsə oxuyam”.
Böyük ədiblə 1895-ci ilin mayında tanış olan Məmməd Səid Ordubadi gündəliyində yazır: “Mirzənin o vaxt yazmağa marağı yox idi. Bir şey də yazmamışdı”.
Halbuki o dövrə qədər Cəlil Məmmədquluzadənin “Çay dəstgahı”, “Kişmiş oyunu”, “Danabaş kəndinin əhvalatları” əsərlərini yazdığını bilirik.
Böyük yazıçı ən yaxşı əsərlərindən biri olan “Danabaş kəndinin
əhvalatları”nı yazsa da yazıçı tanışına bu barədə bir şey deməmişdi.
Bədii əsərin bir əlçatmazlığı olmalıdır.
Demirəm ki, onu sandığa atıb, üstünə də yük vuraq.
Xeyr.
Amma bədii əsər bir əmtəədir.
Onu saytlara, bloqlara, facebooka havayı yerləşdirmək olmaz.
Suyun belə satıldığı ölkədə o qədər əmək verilmiş, alın təri
axıdılmış, zaman sərf edilmiş bir roman, bir hekayə niyə pulsuz
olmalıdır ki?
Oxucu yazıçının əməyini pulsuz istehlak etməməlidir.
Yazdığı bir şeiri, esseni, hekayəni Facebooka qoyub insanları
etiketləyənləri Cəlil Məmmədquluzadə görsəydi nə deyərdi?
Ədəbiyyatı bu cür ucuzluqla gözdən salırlar sadəcə.
Doğrudur, Seymur Baycanda bu həssasiyyət var, “Reytinq” qəzetində yazdığı yazıları belə çap olunduqdan bir həftə sonra sayta yerləşdirir.
Amma bu şüur, bu həssaslıq hamıda olmalıdır.
Doğrudur, pulsuz yayılan əsərlər adətən zəif əsərlərdir.
Lakin nə olsun ki?
Bunların ədəbiyyata kəsdiyi faktura böyükdür.
Yazıçı öz məhsuluna görə qonarar almalıdır, bu mümkün deyilsə belə oxucu onun kitabını mağazadan almalıdır, nəinki hansısa sayta girib oxumalıdır.
Ucuz ətin şorbası, havayı ətin kolbasası olmaz.

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür
18:38
14 fevral 2025

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır
14:25
14 fevral 2025

Niyə evtanaziya əcəldən daha yaxşıdır?
17:00
11 fevral 2025

Vətənə, millətə xəyanət, uşaq istismarı
12:00
23 yanvar 2025

Sənət Allah üçündür
09:00
22 yanvar 2025

Peyğəmbərlik nədir?
15:00
7 yanvar 2025