İtin məktubu
21 iyun 2011
14:00
Mən bir itəm.
Bəli, bəli, adi bir it.
Atamın adı Tarzan, babamın adı Azorkadı...
Bu məktubu yazmağımın səbəbini lap axırda açıqlayacağam. Keçək əsas məsələyə.
Mən əslən buralı deyiləm, gəlmə itəm. Atalarım əvvəl Rusiyada, sonra Türkiyədə yaşayıb. Orda da burdakı kimi bizə gün verib işıq verməyiblər. Burda deyirlər bəxtim olsaydı, pişik doğulardım...
Amma insafsızlıq eləməyim, 5 illik ömrümün 3 ilini kef içində yaşamışam. Məni Türkiyədən alıb bura gətirən sahibimin (Allah onun canını sağ eləsin) bir əli həmişə üstümdə olub. Necə deyərlər, tox evin tox köpəyi olmuşam...
Uzun sözü qısası, babat yeyib-içməyim vardı, istirahətim də pis deyildi. O özü də yeyib-içən oğlan olduğundan, məni yaxşı başa düşürdü.
Sahibimin atası yaxşı vəzifədə işləyirdi, pula pul demirdilər...
(Bu yerdə deyim biləsiniz ki, sahibimin adını sizə heç vaxt açıqlamayacağam...)
Bir-iki ay əvvəl sahibimin atasını işdən çıxartdılar. Deyilənə görə ilin-günün bu vaxtında rüşvət alıbmış...
Ondan sonra mənim yaşayışım dəyişdi. Doğrusu mənim yox, sahibimin vəziyyəti pisləşdi...
Atasını damladılar, ev-eşiklərini satıb onu çıxartmağa çalışdılar, amma deyəsən alınmadı. Pulları da batdı-getdi.
Yazıq sahibim də ömrü boyu çətinlik görmədən yaşadığından, təzə həyatını bəyənmədi. Başladı pul qazanmağın yollarını axtarmağa. Açığı, bir az lovğa olduğu üçün xətrini istəyən adamlar az idi. Əlqərəz, əlində o qədər pulu olmadığı üçün iş də qura bilmədi. Dost-tanış da yavaş-yavaş yoxa çıxdı. Bir sevgilisi vardı, ona vaxtilə yaxşı maya buraxmışdı, deyirlər 20 min dollara don-zad da almışdı, o da atdı zavallını.
Mən bir az utancaq itəm, vəziyyətlərini gördüm, başa düşdüm ki, artıq yükəm. Onsuz da axır günlər çörəyi suya doğrayıb qoyurdular qabağıma. Mən də elə oldu yavaş-yavaş düşdüm küçələrə...
Bir-iki gün əvvəl sahibimi yolda gördüm, amma o məni görmədi: yaman fikirli idi. Müxtəsər edim, düşdüm dalına. Bir az piyada getdikdən sonra bir yerə girdi. Mən girə bilməsəm də, başa düşdüm ki, futbol üçün “şot” yığan kantordu. Hardasa 5-6 saat gözlədim onu: onsuz da işim-gücüm yox idi. Gecdən-gec çıxdı - pərişan idi. Telefonla danışırdı, kiməsə “vallah sabah çatdıracam” deyirdi. İt olmağıma baxmayın, başa düşdüm ki, borcu var, dirəyiblər.
O gündən bəri onu izləyirəm. Cəmi 2 aya bütün pullarını qumarda uduzubmuş, üstəlik borca da girib. Dünən maşınını əlindən aldılar, özü də çox ucuz qiymətə. İndi yenə də pul axtarır...
Sahibim bir zamanlar sizin şəhərin ən bərk gedən oğlanlarından biri idi. Maşınını görənlər “filankəsin oğluna halaldı, yanındakı “maskaya” bax!” deyirdilər.
Özünə görə tay-tuşları da vardı. Səhər-axşam sağlığına badə qaldırılardı. Mənim də hörmətimi saxlayardılar, hər gün hərəsi təzə bişmiş quzu əti gətirərdi. İndi görəndə Allahın salamını da almırlar...
İndi hey fırlansa da, yazıq sahibim heç kimdən borca pul tapa bilmir, qumar borcu da boğaza dirənib. Dünən telefonla keçmiş sevgilisinə, yəni həmin qıza zəng vurdu, borca pul istədi. Deyəsən qız “təzə sevgilim məni qısqanır, bir də zəng vurma” deyib telefonu söndürdü...
Bu axşam avara-avara gəzirdim. Birdən sahibimin köhnə dostlarına rast gəldim. Bəxtimdən ondan danışırdılar. Biri deyir ki, atası rüşvətxora mən niyə pul verim, o biri deyir “harın oğlandı”. Allah bilir, başqaları nə deyir...
Düzü, sizin milləti başa düşə bilmirəm. Axı bunun atasının rüşvətxor, özünün də harın olmasını əvvəldən bilmirdiniz? Bilirdinizsə, niyə əvvəlcədən ondan üz çevirmirdiniz, niyə gecə-gündüz yanında fır-fır fırlanırdınız? Niyə övladlarınızı onların yanında işə düzəltmək üçün sıraya düzürdünüz?
***
Hə, yadımdan çıxmamış bu məktubu yazmağımın səbəbini də açıqlayım: Dünən axşam tərəfləri bir yanlış elədim, sahibimin gözünə göründüm. Məni görüb üzünü çevirdi və getdi. Hiss elədim ki, utandı mənim gözümə o gündə görünməyə. Deyirdim axı, sahibim yaxşı adamdı, bu vəziyyətində də utana bilirsə, deməli haqlıyam. Amma onun dostları, pulu olanda “rüşvətxor” atasının və özünün başına and içib, qapılarında quyruq bulayanlar heç utanmırlar. Yəqin utanmayacaqlar da.

738 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024