“Əgər mənim də yaxşı bədənim olsa, onu satardım. Təki anam ac qalmasın”. Bu sözləri illər öncə bir xalq artistinin heç də yaraşıqlı olmayan, bütün maaşını anasının dərmanlarına xərcləyən qızı dedi. Həm də o dövrlərdə ki, çörək növbəsində insanlar bir-birinin ətini yeyirdi...
Artist deyəndə ağlınıza sənətdən kənar min cür şey gəlir, bilirəm, amma bu dəfə vəziyyət fərqli idi. O xalq artisti illərdir rəhmətə gedib, amma bu günə kimi o qadının adını hamının dilindən sevgi və hörmətlə eşitdim... İstedadına şəkk edən kimsə görmədim...
Onun qızının bu sözləri də əxlaqsızlıqdan yox, fədakarlıqdan, əslində isə çarəsizlikdən xəbər verirdi...
Çarəsizlik bu dünyada heç nə ilə müqayisə oluna bilməz... O insanı günaha da, cinayətə də şüurlu şəkildə aparır...
Məqsədim əxlaq dərsi keçmək, ya da kiməsə haqq qazandırmaq deyil. Sadəcə demək istədiyim söz elə bir sözdür ki, necə demək lazım gəldiyini bilmirəm, təqdimatda çətinlik çəkirəm. Çünki bu yazını mənə qarşısında aciz, çarəsiz qaldığım durum yazdırır...
Günümüzdə çarəsizliyin bir adı da xərçəngdir... Zamanında adı gələn yerdə ölüm kimi sükut yaradan xərçəng...
İndi isə adı gələr gəlməz insanların əl-ayağa düşüb mübarizəyə başladığı, hətta qalib də gələ bildiyi xərçəng.
Amma bu çox bahalı mübarizədir... Bu mübarizəni aparmağa hər kəsin gücü çatmır. Elm xərçəngə qalib gəlib, amma insanın da ona qalib gəlməsi üçün insana ehtiyacı var... İnsan həyatı üçün kiçik əyləncələrdən bir günlük imtina edə bilən İNSANA...
Bir günlük kinoteatrlarda üç yer, kafedə iki masa, saunada bir kabinə, hovuzda iki nəfərlik yer boş qalarsa dünyanın sonu olmaz.
Axı Allah bir birimizi sevmək üçün bizi milyonlarla yaradıb... Bir-birimizə əl tuta bilək, dərdinə şərik ola bilək deyə varıq...
Jurnalist həmkarımız İlhamə Kərimova başındakı xərçənglə mübarizə aparmaq üçün çarəsiz qalıb. Müalicə üçün nə pulu var, nə evdə satmağa bir şeyi, nə də evi satmaq olur, çünki qəzalı vəziyyətdədir... Özü xəstə halı ilə qohumlarının evində yaşayır. Həkim nə kompüter qarşısında oturmağa imkan verir, nə telefonla danışmağa, nə də televizora baxmağa.
Başına gələcək hər hansı bəlada döyməyə qapısı, satmağa evi olmayan insanlara üz tuturam. Bəla nə qədər ki, qonşunun başındadır, ucuz başa gəlir, öz başımıza gələndə isə...
Bəli, həyat bahalıdır... Ölüm gedən üçün ucuz, qalan üçün bahalıdır... Həyat qalan üçün ucuz, gedən üçün bahalıdır...
Bir həmkarımız gedir və onu saxlamaq bizim əlimizdədir...
Əllərimizi açaq dostlar, sabah başımıza gələcək hər hansı dərd qarşısında kimsəyə əl açmamaq üçün bu gün xərçənglə mübarizə aparan bir insan üçün əlimizi açaq... Sevgiylə... Qayğıyla...
Yetər ancaq pislik etmək üçün birləşdiyimiz... Bir dəfə də içimizi bürüyən “laqeydlik” adlı xərçənglə mübarizə aparaq. Bəlkə qalıb gəldik? O xərçəng sürətlə bizə tərəf sürünür... Cəmi bir barmağımıza sarılıncaya qədər qorunmaq imkanımız var...
Xalid Hüseyninin “Çərpələng uçuran”ında deyildiyi kimi: “Hələ də yaxşı olmaq imkanı var”.
İlhamə Kərimovanın bank hesabı:
For international transfers (card euro) 4127 2222 2328 4126
BENEFICIARY BANK The International Bank of Azerbaijan Republic
BANK ADDRESS: Bakû , TAGHIYEV Str.3, AZ 1005
CORRESPONDENT BANK COMMERZBANK AG , FRANKFURT AM MAIN
Correspondent Account 400 88 66030 01 EUR
S.W.I.F.T. Code IBAZAZ2X
BENEFICIARY : Karimova Ilhama
Beneficiary Account ( İBAN): AZ84IBAZ33882019781846749204
ADDITIONAL BANK CORRESPONDENTS
COMMERZBANK AG , FRANKFURT AM MAIN 400 88 66030 00 USD
400 88 66030 01 EUR
SWIFT: COBADEFF
CUSTOMER: 9200089
DEUTSCHE BANK AG, FRANKFURT AM MAIN EUR 949949200
USD 949949200
SWIFT: DEUTDEFF
CUSTOMER: 9200071
Əlaqə telefonları: 99450 6146484 994503615725