Bakılı balaları

Bakılı balaları
21 iyun 2013
# 07:30

Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur!

Erix Mariya Remark

Toydan evə gələn bəy tez notebooku yandırıb toya gəlməyənləri Facebookda dost siyahısından siləndə, gəlin elə telefondan Facebookda nişanlı statusunu evliyə çevirib üstəlik də yeni ünvanında özünü və hələ əri olmağa fürsət tapmamış oğlanı işarələyəndə, qızın valideynləri “üstümüzdən dağ götürüldü” düşüncəsi ilə toydan qalan pulla tezliklə qurban kəsəcəklərini əhd edəndə, oğlanın valideynləri “yaxşı ki, ziyana düşmədik, xeyri cəhənnəm” deyib sevinəndə, o düşünürdü:

- Əyin-başını düzəldəndən sonra toylarda lap “Bakılı balasıyam” da oynamaq olarmış! Niyə də yox e? Şəhərlilərin qabağına hər şeydə doqquz qoyaram. Hardan olduğumu hamı çoxdan unudub onsuz da, lap qohumlar da. Evim, işim, dostlarım, qohumlarım... Əskik olan bircə qəbirlərimiz idi, bu onilliklərdə o əskik də tamamlandı... Vaxtsız, qapılarda, qəzalardan ölənlərimizin dərdi evində qocalıb ölənlərimizi unutdurdu... Əvvəllər bu mahnı heç sümüyümə düşmürdü, amma indi elə bilirəm balalarıma oxuyurlar. Yazıq uşaqlar toylarda “Bakıda doğulmuşam, Bakıda qalasıyam” oxuyub-oynayanda nahaqdan üstlərinə acıqlanıb, ürəklərini sındırırdıq. Düz deyirlər, hamısı Bakıda doğulub, belə getsə Bakıda da qalacaqlar...

# 6324 dəfə oxunub

Müəllifin son yazıları

# # #