[b]Deyilən sağlığa; Ağdamsız 24 il[/b]

[b]Deyilən sağlığa; Ağdamsız 24 il[/b]
23 iyul 2017
# 08:32

Ağdamın işğalına



Bu gecə içək dostlar...

İçək torpaqsızlığa...

Keçmişsizliyə...

Gələcəksizliyə içək...

Bu gecə badələri qaldırın ağacsızlıq eşqinə, çiçəksizlik eşqinə, küçəsizlik eşqinə...

Qaldırın ilk sevgiyə, ilk gülüşə, ilk nifrətə...

İlk yerişə, ilk baxışa, ilk duruşa...

İlk məktəbə...

Müəllimə...

İlk “2”yə...

Qaldırın badələri ağacdan asılmayan yelləncəyə...

Divardan asılmayan portretə...

Bu gecə cilik-cilik olan arzuların şərəfinə içək...

Bu gecə yeraltı qazmalarda, çadırlarda, vaqonlarda, uşaq baxçalarında, məktəblərdə, yataqxanalarda, oralarda, buralarda...

Keçən ömrə içək...

Bu gecə mütləq içək...

İndi deyəcəyim sağlığa iki dəfə içək...

Bir badəylə həzm etmək asan olmayacaq...

Qaldıraq badələri məzarsızlığa...

Doğmasızlığa...

Müqəddəssizliyə...

Kimsəsizliyə...

Səssizliyə...

Nəyiniz qalıbsa süzün, qaldırın badələri dostlar...

Qaldırın badələri sükuta içək...

Qalxın dostlar, bu sağlığa oturuqlu içmək olmaz!

Başınızı aşağı salın...

Bu sağlıqla bir-birimizin üzünə baxmaq olmaz!

Badələrimizi sabahdan bizə tərəf boylanan 20 rəqəminin şərəfinə cingildədək... döyüşdürək... vuruşduraq...

Şərəfə dostlar...

Şərəfə...

İçək dostlar...

Səhərə ayıq başla çıxmaq olmaz...

# 2859 dəfə oxunub

Müəllifin son yazıları

# # #