YUĞ Teatrı Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında

YUĞ Teatrı Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında
18 oktyabr 2025
# 16:11

Azərbaycan Dövlət YUĞ Teatrı 10 – 19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, “Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında YUĞ Teatrının səhnələşdirdiyi “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının 16 oktyabr tarixində Kimera teatrında nümayişi baş tutub.

Seyrçilər tərəfindən uğurla qarşılanan tamaşada Əməkdar artist Qasım Nağı və aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov çıxış edib. İlahi oyun janrlı səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı isə İffət Əsgərovdur.

Qeyd edək ki, Azərbaycanı ilk dəfə Meksika Birləşmiş Ştatlarında keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında YUĞ Teatrı təmsil edib.

1991-ci ildən etibarən hər il keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm, foto, kitab sərgiləri və milli mətbəx nümunələrinin təqdimatı təşkil edilir. Təxminən 400 min ziyarətçinin iştirak etdiyi 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.

# 283 dəfə oxunub

Oxşar xəbərlər

"Yuğ" milli yaddaşa qayıdış kimi... -  Özünəməxsus repertuarı olan teatr

"Yuğ" milli yaddaşa qayıdış kimi... - Özünəməxsus repertuarı olan teatr

10:30 18 oktyabr 2025
Gənc Tamaşaçılar Teatrında yeni tamaşaya hazırlıq  gedir

Gənc Tamaşaçılar Teatrında yeni tamaşaya hazırlıq gedir

11:07 16 oktyabr 2025
Opera Teatrının orkestri Omanda çıxış edəcək

Opera Teatrının orkestri Omanda çıxış edəcək

10:25 9 oktyabr 2025
Yenə qan, yenə şəhidlik, yenə təziyə - İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi?

Yenə qan, yenə şəhidlik, yenə təziyə - İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi?

10:00 4 oktyabr 2025
“Hacı Qara”nın oxunuş məşqlərinə başlanılıb

“Hacı Qara”nın oxunuş məşqlərinə başlanılıb

09:45 3 oktyabr 2025
Gənc Tamaşaçılar Teatrı beynəlxaq festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı beynəlxaq festivalda iştirak edəcək

17:30 1 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər