Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?

Dindən fəlsəfəyə gələn filosof - Hansı hərəkəti Haydeqqerin nüfuzunu sarsıtmışdı?
26 sentyabr 2025
# 16:17

26 sentyabr alman filosofu, ekzistensializm cərəyanının nümayəndələrindən biri martin Haydeqqerin doğum günüdür.

Kulis.az bu münasibətlə filosofun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Haydeqqer XX əsrin ən böyük mütəfəkkirləri arasında qəbul edilir. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Haydeqqer 26 sentyabr 1889-cu ildə Almaniyanın Messkirx şəhərində anadan olub. Atası dəmirçi, anası isə rahib qızı olub. Bu ziddiyyətli köklər onun fəlsəfi düşüncələrinin formalaşmasında mühüm rol oynayıb.

Gənc yaşlarından dini təsirlər altında olan Haydeqqer sonradan fəlsəfəyə maraq göstərməyə başlayıb.

Haydeqqerin ən məşhur əsəri “Varlıq və Zaman” 1927-ci ildə nəşr olunub.

Burada Haydeqqer qısaca “Varlıq (olmaq) zamandır” fikrini irəli sürmüşdür. İnsan, doğulduğu və öldüyü zaman müddətində “olan” bir varlıqdır. Varlıq, zamandır və zaman sonludur, bizim ölümümüz ilə sona çatır. Haydeqqer insanın bu həyata, dünyaya, varlığa “atıldığını” (öz istəyi xaricində) qeyd edir.

Bu əsər sonralar ekzistensializmin ən böyük simalarından biri olacaq gənc Jan Pol Sartra dərindən təsir göstərib. Sartr ən məşhur əsərlərindən birini məhz “Varlıq və Heçlik” adlandırmışdı.

Haydeqqerin həyatında mühüm dönüm nöqtəsi Edmund Hüsserl ilə tanışlığı olub. Hüsserlinin fenomenologiya cərəyanından təsirlənən Haydeqqer onun köməkçisi kimi çalışaraq fəlsəfi düşüncələrini inkişaf etdirib və dərinləşdirib.

Lakin Haydeqqerin həyatında mübahisələrə səbəb olan digər bir məsələ də nasist partiyası ilə əlaqələridir. 1933-cü ildə nasist partiyası hakimiyyətə gələndə Haydeqqer də bu partiyaya üzv olub.

Bu addımı onun fəlsəfi nüfuzuna zərbə vurub və tənqidlərə məruz qalmasına səbəb olub.

Haydeqqerin əsərləri əsasən varlıq problemi üzərində cəmlənir. “Varlıq və Zaman” adlı əsəri ilə tanınan filosof insanın ekzistensial suallarını araşdırıb və müasir dünyanın gətirdiyi problemləri işıqlandırıb.

Martin Haydeqqer 26 may 1976-cı ildə vəfat edib.

# 1191 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər