Opera Teatrının orkestri Omanda çıxış edəcək

Opera Teatrının orkestri Omanda çıxış edəcək
9 oktyabr 2025
# 10:25

Görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının nümayişi Oman Opera Evinin 2025-2026-cı il mövsümünün proqramına salınıb.

Kulis.az xəbər verir ki, tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin və xorunun iştirakı ilə yanvarın 29-u və 31-də təqdim olunacaq.

Opera Davide Livermorun rejissorluğu və Fabio Mastrangelonun dirijorluğu ilə Məsqət Opera Evinin səhnəsində nümayiş ediləcək. Toska partiyasını Karmen Cianatazzio, sevgilisi Kavaradossi rolunu Vittorio Grigolo və Skarpia partiyasını isə Ambrogio Maestri ifa edəcəklər.

Qeyd edək ki, "Toska" operası dünyanın ən populyar on operası sırasına daxil edilib. Onun premyerası 1900-cü il yanvarın 14-də Romanın "Teatro Kostansi" opera teatrında olub.

# 1724 dəfə oxunub

Oxşar xəbərlər

Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

15:03 25 may 2026
Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

12:00 25 may 2026
Milli Teatrda "Payız sonatası"  hazırlanır

Milli Teatrda "Payız sonatası" hazırlanır

16:01 23 may 2026
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

16:01 21 may 2026
Elçin Əfəndiyevin “Sənətkarın taleyi”  tamaşası nümayiş olundu

Elçin Əfəndiyevin “Sənətkarın taleyi” tamaşası nümayiş olundu

10:30 15 may 2026
Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

16:43 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər