Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Teatrında yeni tamaşa hazırlanır
12 may 2026
# 16:11

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşasının məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, səhnə əsəri dostluq, cəsarət və mərhəmət kimi dəyərləri ön plana çıxaran alleqorik nağıl üzərində qurulub. Meşədə baş verən hadisələrin mərkəzində ağıllı qurbağa ilə qorxaq dovşanın dostluğu dayanır. Qurbağa Dovşanı təhlükələrdən xilas edərək onun həyatını qoruyur.

Meşə hökmdarı Şir tərəfindən heyvanlardan qurban tələb olunması hadisələri daha da gərginləşdirir. Hiyləgər Tülkünün oyunları nəticəsində Dovşan təhlükə ilə üzləşir. Lakin Qurbağa öz ağlı və cəsarəti ilə plan quraraq dostunu xilas edir və ədalətin bərpa olunmasına nail olur.

Tamaşanın əsas ideyası ondan ibarətdir ki, birlik, dostluq və ağıl fiziki gücdən daha üstündür.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamı Osman Kazımov, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşu Kamil Ağazadə, rejissor köməkçisi isə Fazilə Rzayevadır.

Tamaşada Əməkdar artist Elmira Kərimova və aktyorlar Emil Həmidov, Məryəm Hüseynli, Sevda Cəlilova, Aynur Hümmətova, İlham Səfərli, Əjdər Zeynalov, Mətanət Əmirullayeva, Habil Xanlarov, Şəms Abdullayeva və Günəş Bağırova çıxış edirlər.

# 624 dəfə oxunub

Oxşar xəbərlər

“Hacı Qara”  tamaşasının premyerası olacaq

“Hacı Qara” tamaşasının premyerası olacaq

13:00 25 iyun 2026
"Uşaqlıqdan məhrum qaldığı sevginin süni surəti..."  - "Parfümer" xoreodramına baxış

"Uşaqlıqdan məhrum qaldığı sevginin süni surəti..." - "Parfümer" xoreodramına baxış

12:00 25 iyun 2026
“Stalin – İzm”  tamaşasına ictimai baxış oldu

“Stalin – İzm” tamaşasına ictimai baxış oldu

11:00 24 iyun 2026
Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər