Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa
20 noyabr 2024
# 17:20

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı "CırtdaNino" adlı yeni tamaşanın premyerasına hazırlaşır.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, "Cırtdan" Azərbaycan Xalq nağılının motivləri əsasında yazıçı Pərvin Nurəliyevanın "CırtdaNino" adlı pyesinin məşqləri bitmək üzrədir.

Premyerası 14, 15 dekabr üçün nəzərdə tutulan birhissəli səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, bəstəkar Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarov, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Nəsibə Eldarova, Elnur Bəhrəmxan, aktyorlar Anar Seyfullayev, Asya Atakişiyeva, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Mirzə ağa Mirzəyev, Aydan Həsənzadə, Ramil Məmmədov, İlhan Sadıqov, Anar Səfiyev, Aybəniz Heydərova, Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, İmdad Tofiqoğlu iştirak edirlər.

Nağılda balaca tamaşaçılarımız Cırtdan və nağılın digər qəhrəmanlarından başqa yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olacaqlar. Nino Cırtdanı və onun dostlarını Yer planetdən başqa planetlərə səyahətə aparacaq, alimlərin, oyuncaqların, sülhün var olduğu fərqli dünyalarla tanış edəcəkdir. Həmçinin vaxtilə uşaqların etdikləri yaramazlıqlar səyahətə çıxdıqları planetlərdə müxtəlif forma və hadisələrlə onların qarşısına çıxacaqdır. Məcəralarla dolu səhnə əsəri müasir quruluşla uşaqları yoldaşlığa dostluğa və sülhə səsləyəcək mesajlarla zəngindir.

# 2874 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər