“Arşın mal alan” operettasının tamaşası təqdim olundu

“Arşın mal alan”  operettasının tamaşası təqdim olundu
27 dekabr 2025
# 15:45

Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettasının tamaşası təqdim edilib.

Kulis.az xəbər verir ki, tamaşada əsas rolları Fəhmin Əhmədli (Əsgər), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Tural Ağasıyev (Süleyman), Xalq artisti Gülyaz Məmmədova (Telli), Günel Hacıyeva (Gülçöhrə), Aysel İbrahimova (Asya), Xalq artisti Gülüstan Əliyeva (Cahan xala) və Sadiq Məlikov (Vəli) ifa ediblər.

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baletmeysteri Xalq artisti Mədinə Əliyevadır.

# 2301 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “3-cü Uşaq Teatr Festivalı”  keçiriləcək

Bakıda “3-cü Uşaq Teatr Festivalı” keçiriləcək

16:59 24 noyabr 2026
Bakı Uşaq və Gənclər Teatrından yeni layihə

Bakı Uşaq və Gənclər Teatrından yeni layihə

16:01 24 noyabr 2026
Rusiyanın əfsanəvi teatr aktyoru vəfat etdi

Rusiyanın əfsanəvi teatr aktyoru vəfat etdi

13:22 21 noyabr 2026
Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera

19:37 14 noyabr 2026
Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalandı

15:18 14 noyabr 2026
“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

13:24 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər