Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu
11 iyul 2026
# 13:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur “Şahmaran” əfsanəsi əsasında səhnələşdirilən eyniadlı rok müziklinə daxili baxış keçirilib.

Kulis.az xəbər verir ki, baxışda mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin sektor müdiri Böyükxanım Talıbova, həmçinin Xalq artisti Cahangir Novruzov iştirak ediblər.

Baxışdan sonra tamaşanın yaradıcı heyəti ilə geniş fikir mübadiləsi aparılıb, səhnə əsərinin bədii həlli, rejissor yozumu, musiqi və səhnə tərtibatı, aktyor oyunu və digər yaradıcılıq komponentləri ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı səsləndirilən rəy və təkliflər yaradıcı kollektiv tərəfindən nəzərə alınıb və tamaşanın teatrın repertuarına daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Şahmaran” rok müziklinin libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, rejissor assistenti isə Elməddin Dadaşovdur.

Tamaşanın plastik həlli Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə məxsusdur.

Səhnə əsərində əsas rolları Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara) və Murad Fərzəliyev (Boz) canlandırıblar.

# 1010 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər