Selfi elədi, üç saat sonra təyyarəsi vuruldu  - Ölüm Fotoları

<b>Selfi elədi, üç saat sonra təyyarəsi vuruldu  - <span style="color:red;">Ölüm Fotoları </b>
14 may 2018
# 13:53

İlk baxışdan adi fotolardır. Ancaq hər birinin arxasında ağrılı bir hadisə, dəhşətli faciə dayanır. Və buna görə də bu fotolara bir də təsvirlərin arxasında gizlənmiş əhvalatları oxuyandan sonra baxmağı təklif edirik. O zaman necə böyük dəhşətləri əks etdirdiyini görəcəksiz.

Kulis.az on “dəhşətli” fotonu təqdim edir.

1. Buddist rahib cənazə mərasimi icra edir

2011-ci ilin 25 noyabrında Çinin Şansi-Tayuyan stansiyasında qatar gözləyən bir sərnişin qəribə, nataraz görkəmi ilə insanların diqqətini çəkdi. Adam uzun müddət yuxuya getmişdi. Başına toplaşanlar nəhayət qərara gəldilər ki, onu oyatsınlar. Bu zaman yatan adamın əslində ölü olduğu ortaya çıxdı. Artıq onu heç cür xilas etmək mümkün olmayacaqdı. Qatar gözləyənlərin içində bir buddist də vardı. Buddist ölənin yanına gedib dini mərasim icra etməyə başladı. O, istəyirdi ki, ölənin ruhu əbədi rahatlığa qovuşsun.

2. Kamikadze qrupu

İlk baxışdan çox adi, sıradan bir şəkil kimi gəlir bizə. Sanki hərbi kursantlar “xatirə üçün” foto çəkdiriblər. Ancaq anlayanda ki, şəkildəkilər “kamikadze məktəbinin” kursantlarıdır, istər-istəməz dəhşətə gəlirsən. Şəkil 1945-ci ilin mayında çəkilib. Əlində küçük tutan 17 yaşlı çavuş Yukio Arakidir. Bu şəkil onun 72-ci diviziya ilə bərabər Banseyə uçduğu günün səhəri çəkilib.

3. Britaniya ekspedisiyasının komandası “Terra Nova”. Cənub qütbündə. 1912-ci ilin 18 yanvarı.

Bu ekspedisiya daha çox siyasi mahiyyət daşıyırdı, nəinki elmi. Başçı Robert Skott (fotoda mərkəzdə dayanıb) və onun əməkdaşları Raul Amundsenin komandasını mütləq keçib arxada qoymalı və Cənub qütbünə birinci çatmalı idi. Bu uğur Britaniya imperiyasının şərəfinə həsr ediləcəkdi. Soyuqdan və yorğunluqdan tükənmiş səyahətçilər nəhayət təyin olunmuş yerə çatanda məlum oldu ki, norveçlilər onlardan daha tez bura gəliblər. Taleyin ironiyasına bax ki, qar fırtınası bir ay boyunca bura gəlib çıxan birinci səyahətçilərin və itlərin ayaq izlərini yoxa çıxarmışdı. Bundan əlavə, təyin olunan yerdə Pulheym düşərgəsi görünürdü və orda Skott qrupuna ünvanlanmış məktublar gözə dəyirdi.

Səyahətçilər geriyə qaydanda onlardan dördü itkin düşdü. Bu onların birlikdə son fotosu idi.

4. Quzğun və qız uşağı

1993-cü ildə Sudanda çəkilən fotodur. Ürküdücü foto... Fotoda gördüyünüz uşağın valideynləri humanitar yardım təyyarəsinə doğru qaçırdılar. Yorulmuş, tükənmiş bir qız uşağı da yavaş-yavaş özünü onların ardınca sürüyürdü. Bir yerdə qız uşağı dözə bilmir və dincəlmək üçün dayanmalı olur. Quzğun qız uşağını diqqətlə izləyir. Bu quşlar heç vaxt ovlarına hücum etmir, ölməyini gözləməyi üstün tuturlar. Onlar hər şeyin öz-özünə baş verməsini səbirsizliklə gözləyirlər. Bu anı izləyən bir də fotoqraf vardı. Kevin Karter adlı fotoqraf bu fotoya görə Pulitser mükafatını da qazandı, həm də qeyri-insani davranışa görə günahlandırıldı. Fotonun çəkilməsindən üç ay sonra Kevin Karter intihar etdi.

5. Kosmonavt Vladimir Komarovun qalıqları

Vladimir Komarov 1967-ci ilin 24 aprelində “Soyuz – 1” kosmik gəmisinin test uçuşunda öldü. Kosmik gəminin yerə enməsi əsnasında açılan kapsulanın əsas paraşütü hərəkətə keçmədi və nəticədə aparat dəyən zərbənin təsirindən yandı. Xüsusi komissiya tanınmayacaq kökə düşmüş kömürlü qalıqları Moskvaya gətirdi. Küllər bir qaba qoyularaq Kreml divarlarına yerləşdirildi. Qəzanın baş verdiyi yer üzərində iş davam etdirildi. Nəticədə cəsədin başqa hissələri də ortaya çıxdı. Bu qalıqlar ölümün baş verdiyi ərazidə basdırıldı.

6. Ölümdən əvvəl MN17 reysində sərnişinlərin selfisi

15 yaşlı Hari Slokla anası Petra Lanqeveld təyyarəylə Kuala-Lumpura dincəlməyə gedirdilər. Bu selfinin çəkilməsindən üç saat sonra təyyarə Ukrayna ərazisində uçarkən vuruldu və içəridəki heç kimi xilas etmək mümkün olmadı.

7. Özünü yandıran buddist rahib

1963-cü ildə Cənubi Vyetnamda prezident Nqo Din Zyemanın repressiv rejimi zamanında buddistlərin narazılığı daha kəskin hal aldı. Həmin ilin may ayında buddistlər öz hüquqlarını müdafiə etmək üçün Hyue şəhərinə toplaşdılar. Hökumət bu aksiyaya çox kəskin reaksiya verdi, mitinq dağıdıldı və doqquz buddist öldürüldü. 1963-cü ilin iyun ayında ümumi zülmə qarşı Sayqon şəhərində mitinq baş tutdu. Həmin mitinqdə iki buddist rahib etiraz əlaməti olaraq özünü yandırdı.

8. Qəbirə qədər dostluq

Bu arxeoloji qazıntı 1972-ci ildə İranda tapılıb. E.ə 800-cü ildə yaşamış bu iki kişi yandırılan şəhərdə ölüblər. Ehtimala görə, insanlar tüstüdən boğulsalar da yenə də son nəfəslərinə qədər bir-birilərinə dəstək dururlarmış.

9. Kontuziyalı

Bu şəkil 1916-cı ildə fransız kəndlərinin birində çəkilib. Müharibənin ən qızğın vaxtlarında. Şəkildəki adam kontuziya alıb və zehni əmək qabiliyyətini itirib. Bu travma almış və daha sonra stress keçirmiş adamın görüntüsüdür. Bir də onu qeyd etmək lazımdır ki, həmin vaxtlar insanlar fotolarda gülümsəmirdi.

10. Ölüm düşərgəsindəki balaca qız lövhədə ev şəkli çəkir

Faktiki olaraq ölüm düşərgəsində böyüyən balaca qız müharibədən sonra yetimxanaya göndərilir. Əqli qüsurlu uşaqların evinə. Orda tərbiyəçilərdən biri qızcığazdan lövhəyə ev çəkməsini istəyir. Qızcığazın isə çəkdiyi qorxunc bir xaosu xatırladırdı. Bu xaos tikanlarla örtülüydü. Lövhənin yuxarı başında “Terezka” yazılıb. Bu balaca rəssamın adıdır.

# 3460 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #