Can Yücel heyranı o qadına nə təklif etdi? - Hazırcavab türk şairləri

Can Yücel heyranı o qadına nə təklif etdi? - Hazırcavab türk şairləri
15 aprel 2016
# 15:25

Bir gün Necip Fazıl bir universitetin konferansında iştirak edirmiş. Həmişə olduğu kimi din və Allah anlayışları haqqında danışırmış. Çıxışını bitirəndən sonra onunla əks fikirdə olan bir professor şairdən "Siz əvvəllər çıxıb fərqli şeylər danışardınız, indi isə o sözlərinizlə ziddiyyət təşkil eləyən şeylər danışırsız. Əvvəl yazdığınız şeirlər hələ də əzbərimdədi. Bu nə deməkdi belə?" - deyə soruşur.

Necip Fazılın cavabı gecikmir: "Mənim keçmişim bir zibillikdi və o zibilləri yalnız köpəklər eşələyir".

***

Necip Fazılın da içində olduğu bir təyyarə Yeşilköy hava limanından havalanandan bir qədər sonra texniki problemlə üzləşir və yerə enməli olur. Hava limanındakılar maraqla soruşurlar:

"Şair, nə baş verdi, necə oldu?"

Şair:

"Axirətə qəbul etmədilər, geri qayıtdıq" - deyə cavab verir.

***

Məhkəmədə hakim Necip Fazıla:

- Mənə bax, bundan sonra səni bir daha hüzurumda görməyəcəm, elə deyilmi?

Şair soruşur:

- Xeyir ola, hakim bəy, istefa edirsiz?

***

Yahya Kemal dostlarından birinə rast gəlir:

- Bugünkü axşam yeməyini mənimlə yeyərsən?

- Əlbəttə, çox şad olaram. Heç bir işim yoxdu.

Şair gülümsəyərək cavab verir:

- Əla, o zaman bu gün sizə gəlirəm.

***

Yahya Kemaldan "Ankaranın ən çox hansı yanını sevirsiniz?" - deyə soruşurlar.

- İstanbula qayıdışını.

***

Yahya Kemal kök olduğu üçün bir yoxuşun sonundakı dükanın qabağında dayanıb dincələrkən satıcı:

- Buyurun, bəy, nə almaq istəyrsiz?

- Yahya Kemal təbəssüm edərək:

- Övladım, icazə versən, bir nəfəs alacam.

***

Tanışlarından biri yazdığı romanın nüsxəsini Neyzen Tevfikə göstərərək onun fikrini öyrənmək istəyir. Şairin bəyənmədiyini hiss eləyən tanışı:

- Axı siz özünüz heç roman yazmamısız.

Şair bu cavab verir:

- Mən yumurtanın təzəsini, boyatını yaxşı bilirəm. Amma bu günə kimi yumurtlamamışam.

***

"O ədəbsizə niyə bir şillə vurmadın?" - deyə soruşurlar Cenap Şehabettindən.

"Əlcəyim yoxuydu, iyrəndim" - deyir.

***

Bir söhbət əsnasında şair Arif Nihat Asyaya deyirlər:

- Əyilən, bükülən, qatlanan, hər formaya asanlıqla girə bilən şüşə icad eləyiblər.

Şairin cavabı:

- Ta deyin ən axırda şüşəni də özümüzə oxşatdıq.

***

Can Yücel bir sərgidə gəzişərkən gözəl bir xanım ona yaxınlaşır:

- Can bəy, tanışlığımıza necə şad oldumsa, ifadə eləyə bilmirəm. Sizin ən sadiq oxucunuzam.

Vurğunam sizə.

Can Yücel gülümsəyir:

- Demək belə, onda gəlin yataq.

Qadın küskün bir ifadəylə:

- Aşk olsun (o nə sözdü anlamında – E.B), Can bəy!

Şair qətiyyətlə:

- Aşk da (eşq də) olacaq əlbət!

# 2998 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

15:57 4 avqust 2025
Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

18:04 25 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

12:00 20 iyul 2025
O olmasaydı, Cümhuriyyət də olmazdı - Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

O olmasaydı, Cümhuriyyət də olmazdı - Ermənilərin qətlə yetirdiyi böyük azərbaycanlı

15:00 19 iyul 2025
Rus şovinizminin dəyişməyən üzü... - Biz   “şən matryoşkalar”  deyilik!

Rus şovinizminin dəyişməyən üzü... - Biz “şən matryoşkalar” deyilik!

13:50 30 iyun 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər