İntim bölgəsində ilan tatusu olan Britaniya kraliçası - FOTO

<b>İntim bölgəsində ilan tatusu olan Britaniya kraliçası - <span style="color:red;">FOTO </b>
14 avqust 2017
# 16:30

Çarlz Darvin 1871-ci ildə “İnsanın mənşəyi və cins seçimi” kitabında yazırdı. “Şimaldan cənuba, qütb bölgəsindən tutmuş Yeni Zellandiyaya kimi bir ölkə tapmaq olmaz ki, oranın yerli sakinləri öz bədənlərinə tatu ilə bəzəməsinlər”

Bu sitatdan sonra “Tatu dəbə daxil olub” cümləsini işlətmək gülməlidir. Dövlətlərə, sivilizasiyalara, dinə qədər mövcud olan bir şey necə indi dəbə minə bilər? Alimlər Alpda aşkar etdikləri yaşı altı min il olan Etsinin mumiyasında tatu tapıblar. Tatu insan mədəniyyətinin bir hissəsidir.

Kulis.az bədənində tatu olan məşhurları təqdim edir.

İosif Stalin. 1924-cü ildən 1953-cü ilədək Sovet İttifaqının rəhbəri.Sinəsində kəllə tatusu var idi.

h03

Uinston Çörçill. 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri. Sol qolunun üstünə lövbər döydürübmüş.

h01

Tomass Edisson. XIX əsrin ən məşhur ixtiraçısı. İlk mexaniki tatu-maşınının yaradıcısı hesab olunur. Özü özünə “beş nöqtə” tatusu döyübmüş.

h10

Doroti Parker. XIX əsr Amertika yazıçısı və şairəsi. Şəhər həyatına qarşı güclü yumor hissi ilə məşhurdur. 1930-cu ildə çox içkili halda sağ dirsəyinə kiçik ulduz döydürür.

h09

Yelizaveta Bavarskaya. XIX əsrin ikinci yarısında Avstriya və Macarıstanın kraliçası. 1888-ci ildə Yunanıstana səfərinə ithaf olaraq sol çiyninə lövbər döydürüb.

h08

Endryu Cekson. ABŞ-ın yeddinci prezidenti. Sağ baldırının içəri hissəsində balta şəkli döydürüb.

h07

II Nikolay. Romanovlar sülaləsindən sonuncu çar. 1917-ci ildə hakimiyyətinə son qoyulub. Yaponiyaya diplomatik səfərindən özü ilə sağ əlinə döydürdüyü əjdaha rəsmini gətirir.

h06

Teodor Ruzvelt. ABŞ-ın 26-cı prezidenti. Sinəsində ailə gerbinin böyük tatusunu gəzdirirmiş.

h05

Corc Oruell. XX əsrin ortalarında yaşamış ingilis yazıçı və publisisti. Siyasi leksikona “Soyuq müharibə” terminini o, gətirib. Birmada barmaq sümüklərinə imperializmin hakim sinfinə qarşı mübarizəni rəmziləşdirən mavi dairələr döydürüb.

h02

Kraliça Viktoriya. 1837-ci ildən 1901-cu ilədək İrlandiya və Böyük Britaniyanın kraliçası. İntim bölgəsində pələng və ilan rəsmli tatu olması haqda şaiyələr gəzirmiş.

h04

# 4064 dəfə oxunub

Oxşar xəbərlər

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər