Prezidentin xanımı ABŞ-ı necə şoka saldı?

Prezidentin xanımı ABŞ-ı necə şoka saldı?
7 avqust 2014
# 08:30

Onu XX əs­rin ən məş­hur və ən bəd­bəxt qa­dı­nı ad­lan­dı­rır­lar. Hə­qi­qə­tən də Jaklin Kennedi hə­lə sağ­lı­ğın­da əf­sa­nə­yə, gö­zəl­lik, qa­dın­lıq və ele­qan­t­lıq simvolu­na çev­ril­miş­di. La­kin onun adı bir çox sir­lər və səs-­küy­lü qal­ma­qal­lar­la da əha­tə­lə­nib.

Jak­li­ni də­li­cə­si­nə se­vən ata­sı Cek Buv­ye uşaq ikən ona "Mə­nim gö­zə­lim, şahza­dəm, sən müt­ləq kra­li­ça ola­caq­san və ən sam­bal­lı şəx­s­lər sə­nin ya­nı­na baş əy­mə­yə gə­lə­cək­lər. Bi­lir­sən nə­yə gö­rə? Ona gö­rə ki, sən ən gö­zəl, ən ağıl­lı və ən va­le­he­di­ci­sən,"-de­yir­di.

Hə­mi­şə qay­ğı və bol­luq­la əha­tə­lən­miş Ce­ki Con Ken­ne­di ilə gə­lə­cək ni­ka­hı barə­də ilk də­fə ai­lə üz­v­lə­ri­nə xə­bər ver­dik­də bu olay ana­sı­nın ürə­yin­cə ol­mur: "Ken­ne­di­lər çox pis nü­fu­za ma­lik­ ailədir, hə­yat­da isə on­la­rı yal­nız pul ma­raq­lan­dı­rır, uşaqlar haqqında yalnız mənfi rəylər eşitmişəm." – deyir.

La­kin bü­tün de­yi­lən­lə­rə bax­ma­ya­raq, on­lar ev­lə­nir­lər. Con Ken­ne­di pre­zi­dent se­çil­dik­dən son­ra on­la­rın dai­mi məs­kə­ni Ağ Ev­də Laklin özü­nü ra­hat hiss etmir­di. Onun ai­lə hə­ya­tı­nı bir o qə­dər də par­laq say­maq ol­maz. Mə­sə­lən, Ce­ki uşaq­lar­la bir­lik­də pay­tax­tı tərk edən ki­mi onun hə­yat yol­da­şı da ma­cə­ra dalınca yol­la­nır­dı. Onun mü­ha­fi­zə­sin­dən olan adam­lar nəin­ki pre­zi­den­tin məx­fi gö­rüş­lə­ri­nin təh­lü­kə­siz­li­yi­ni tə­min edir, hət­ta bu gö­rüş­lə­rin təş­ki­lat­çı­la­rı ro­lu­nu da öz üzər­lə­ri­nə gö­tü­rür­dü­lər. Co­nun həm məş­hur ak­t­ri­sa­lar­la uzun müd­dət­li əla­qə­lə­ri, həm də ka­tib­li­yin sa­rı­şın xid­mət­çi­lə­ri ki­mi tə­sa­dü­fi qa­dın­lar­la qı­sa məhəb­bət ro­man­la­rı baş ve­rir­di.

....Me­ri­lin Mon­ro­nun pre­zi­den­ti ad gü­nü mü­na­si­bə­ti­lə təb­rik edər­kən ha­mı­nın gö­zü qar­şı­sın­da açıq-­aş­kar ona eşq elan et­mə­si....

Haşiyə:

Onların münasibətləri barədə Donald Vulf adlı prodüser "Pari-matç" jurnalına verdiyi müsahibədə söyləyir:

“Merilin Con Kennedi ilə 1946-cı ildə tanış olmuşdu. Mən əminəm ki, 1947-ci ildə onların övladı da dünyaya gəlmişdir. Merilini yaxından tanıyanların da bir neçəsi onun məhz həmin dövrdə övladı doğulduğunu təsdiq edirdilər. Uzun illər onların arasında xüsusi münasibətlər mövcud olmuşdur. Onları birlikdə tez-tez Malibudakı "Xollidey İnn" və ya Mayamidəki "Fontenblo" motellərində görürdülər. Merilin onu “böyük kələkbaz” adlandırır, Kennedi isə aktrisaya ədəbsiz lətifələr danışmaqdan həzz alırdı. Sayıq mühafizəçilərin diqqətini yayındırmaq üçün Merilin hər cür hiyləyə əl atırdı. Ağ Evə zəng vurduqda əvvəlcə prezidentin şəxsi katibi Kenni Odonnellə əlaqə saxlayır, sonra Qrin adlı xanım “kodu” söyləyirdi. Bu münasibətlər Kennedinin ad gününə qədər davam edir. Sonra onlar bir daha görüşmürlər”.

Jak­li­nin bioq­ra­fı De­vid Xey­ma­nın de­di­yi­nə gö­rə, bu qa­dın baş ve­rən­lər ba­rə­də əri­nin dü­şün­dü­yün­dən də çox bi­lir­di və bu­na nif­rət­lə ya­na­şır­dı. La­kin o, Me­ri­lin Mon­ro­nun pre­zi­den­ti ad gü­nü mü­na­si­bə­ti­lə təb­rik edər­kən ha­mı­nın gö­zü qarşı­sın­da açıq-­aş­kar ona eşq elan et­mə­si ilə heç cü­rə ba­rı­şa bil­mir­di. Kennedinin Od­ri Xep­bern, So­fi Lo­ren, strip­tiz us­ta­sı Tem­pest Storm və başqala­rı ilə ro­ma­nı ha­mı­ya yax­şı mə­lum idi. Əri­nin bu hə­rə­kət­lə­rin­dən Ce­ki­nin əsəb­lə­ri po­zu­la bi­lər­di. La­kin Jak­li­nin hə­ya­tın­da­kı ən qa­ra zo­laq 22 no­yabr 1963-cü il ta­ri­xin­də Dal­las­da baş­la­nır. Fa­ciə­li atəş açı­lan za­man Jak­lin üs­tü açıq av­to­mo­bi­lin içə­ri­sin­də əri­nin ya­nın­da əy­ləş­di­yin­dən onun da kos­t­yu­mu al-­qa­na bo­ya­nır. Ken­ne­di­nin qət­lin­dən son­ra mər­hu­ma qar­şı ümum­mil­li sev­gi ilə yanaşı, Ame­ri­ka­nın bi­rin­ci le­di­si­nə qar­şı da de­di-­qo­du­lar baş qal­dır­ma­ğa başlayır. Onu pa­to­lo­ji xə­sis­lik­də və hik­kə­li ol­maq­da gü­nah­lan­dı­rır­dı­lar.

Jur­na­lis­t­lər onu ad­dım-­ad­dım iz­lə­yə­rək adı­na min bir söz qo­şur­du­lar. Jak­li­nə isə bu pis tə­sir edir­di.

Bir də­fə Jaklin Va­şin­q­to­nun məş­hur “Jo­key­lər” klu­bun­da ak­t­yor Mar­lon Brando ilə ta­nış olur. “Ar­zu tram­va­yı” fil­mi­nin qəh­rə­ma­nın­a va­leh olan Jak­lin ak­t­yo­ra ge­cə­nin qa­lan his­sə­si­ni onun evin­də ke­çir­mə­yi tək­lif edir. Jak­li­nin bacısı Li və Bran­do­nun ən ya­xın dos­tu Corc En­q­lund da ora yol­la­nır­lar. Ar­tıq bir qə­dər son­ra Jak­lin ak­t­yor­la tək­lik­də qa­ran­lıq otaq­da rəqs edir­di. Yə­qin ki, bu gö­rü­şün so­nu baş­qa cür bit­mə­li idi. Am­ma Jak­lin nə­dən­sə qor­xa­raq, qə­fil­dən Bran­do­ya israrla evi tərk et­mə­yi tapşırır.

...Onun Ro­ber­t­lə ro­ma­nı ba­rə­də də söh­bət­lər gə­zir­di...

Get-­ge­də Jak­lin qa­pa­lı bir şəx­sə çev­ri­lə­rək yal­nız öz sa­diq can­gü­də­ni Xill Klintonun dəs­tə­yi­nə ar­xa­la­nır­dı. Məhz həmin cə­sur oğ­lan onu hə­min mə­lum gün Li Os­val­dın gül­lə­sin­dən qo­ru­ya­raq si­nə­si ilə mü­da­fiə et­miş­di.

Bir də­fə Jak­lin “Jo­key­lə­r” klu­bun­da əsl ta­ma­şa təş­kil edir. O, ha­mı­nın gö­zü qar­şı­sın­da bərk sər­xoş ola­raq öz xi­las­ka­rı­nın ağu­şu­na atı­lır. Bu ad­dım cəmiyyətə qar­şı yö­nəl­miş­di.

6 iyun 1968-ci il ta­ri­xin­də Ro­bert Ken­ne­di Los-­An­ce­les­də­ki “Am­bas­sa­dor” otelin­də qət­lə ye­ti­ri­lir. Dəfn za­ma­nı Jak­lin göz­lə­nil­mə­dən Ro­ber­tin əvə­zi­nə

ikin­ci də­fə öz əri­ni son mən­zi­lə yo­la sal­dı­ğı­nı tə­səv­vür et­di­yin­dən onun əsəb tut­ma­sı baş ve­rir. Ye­ri gəl­miş­kən, onun Ro­ber­t­lə ro­ma­nı ba­rə­də də söh­bət­lər gə­zir­di. Am­ma bu ya­xın­lar­da çap­dan çıx­mış “Ce­ki” ki­ta­bı­nın müəl­li­fi Ed­vard Kleyn bu əsər­də qeyd edir ki, on­lar bir-­bir­lə­ri­ni çox gö­zəl ba­şa dü­şür­dü­lər və Ro­bert daim onun mü­da­fiə­çi­si və hi­ma­yə­da­rı olub.

Ro­ber­tin fa­ciə­li ölü­mün­dən son­ra Jak­li­nin bü­tün fi­kir­lə­ri yal­nız öz uşaq­la­rı­nı necə qo­ru­maq­la bağ­lı idi. O ba­car­dı­ğı qə­dər Ame­ri­ka­dan uzaq­laş­ma­ğı qərarlaş­dı­rır.

Məhz hə­min döv­r­də Ceki elə bir ad­dım atır ki, ame­ri­ka­lı­lar uzun müd­dət onu ba­ğış­la­ya bil­mir­lər. Jak­lin yu­nan mil­yar­d­çı­sı-­gə­mi is­teh­sal­çı­sı Aris­to­tel Sok­rat Onas­si­sə ərə ge­dir. Bu xə­bər bü­tün Ame­ri­ka­da bö­yük səs-­kü­yə sə­bəb olur. Bu əsl qal­ma­qal idi. Qə­zet­lər­də ya­zı­lan­la­ra gö­rə, Jak­li­nin Onas­sis­lə ro­ma­nı hə­lə Ken­ne­di­nin döv­rün­dən baş­lan­mış­dır!

Bu söz­lər onun üçün əsl təh­qir ol­du­ğun­dan bir müd­dət in­san­la­rın baxışlarından uzaq­laş­ma­ğa ça­lı­şır. Jak­li­nin yu­nan mil­yar­d­çı­sı ilə to­yu 1968-ci il­də baş ve­rir. Gö­zəl qa­dın hə­vəs­ka­rı olan Onas­sis onun dər­din­dən də­li-divanəyə çev­ril­miş­di. Düz­dür, bir müd­dət əv­vəl onun Jak­li­nin ba­cı­sı Li Radenvil­lə də ro­ma­nı cə­rə­yan et­miş və hət­ta hə­min qa­dın yu­nan mil­yar­d­çı­sı­na ərə get­mək məq­sə­di­lə öz ərin­dən bo­şan­maq is­tə­yir­miş. Qeyd et­mək la­zım­dır ki, bu ba­cı­lar hə­lə uşaq­lıq­dan bir-­bir­lə­ri ilə ya­rı­şır­dı­lar. Bu də­fə isə Jak­lin qə­lə­bə çal­mış­dı. Ye­ri gəl­miş­kən, Aris­to­tel Onas­sis onun­la ev­lən­mək­dən öt­rü öz köh­nə mə­şu­qə­si, məş­hur yu­nan mü­ğən­ni­si Ma­ri­ya Kal­las­dan əl çək­mə­li olur.

O döv­r­də bü­tün qə­zet­lər Ce­ki­yə yal­nız bir sua­l ün­van­la­yır­dı: "Axı siz bu hərəkə­ti ne­cə edə bil­di­niz Jak­lin?"

Ba­cı­sı­nın ərə get­mə­si ba­rə­də Li Ra­den­vil bun­la­rı söy­lə­yirdi: "Mə­nim ba­cım elə bir in­sa­na möh­tac­dır ki, onu in­san­la­rın ma­ra­ğın­dan qo­ru­ya bil­sin. Onas­sis onu fi­ra­van hə­yat­la tə­min et­mək üçün ki­fa­yət qə­dər zən­gin, sa­kit­li­yi­ni qo­ru­maq üçün isə ol­duq­ca ba­ca­rıq­lı­dır".

Ce­ki­nin zəif da­ma­rı­na bə­ləd olan əri onu dai­ma daş-­qa­şa tu­tur­du. Qeyd edək ki, Onas­si­sin ba­ğış­la­dı­ğı hə­diy­yə­lə­rin qiy­mə­ti yox idi. Onun məş­hur 40 ka­rat­lıq bril­yan­tı ba­rə­də de­mək olar ki, dün­ya­nın qə­zet­lə­ri bar-­bar ba­ğı­rır­dı.

Bun­dan baş­qa, Onas­sis ona Skor­pio ad­lı bü­töv bir ada­nı bəxş edir ki, ora­ya da kə­nar şəx­s­lər bu­ra­xıl­mır­dı. La­kin fo­to­re­por­t­yor-­pi­rat­lar bu­ra­da da onu ra­hat qoy­mur­lar. On­lar Jak­li­nin çıl­paq və­ziy­yət­də çi­mər­lik­də fo­to­şək­li­ni çə­kə­rək həmin kad­r­la­rı bir çox nəş­riy­yat­la­ra sa­tır­lar. Mil­yar­d­çı həm­çi­nin Jak­li­nin övladları Con və Ke­ro­lay­nın qey­di­nə qa­la­raq on­la­rın hə­rə­si­nə bir gə­mi hə­diy­yə edir. Ye­ni ata ro­lu­na cid­di ya­na­şan Onas­sis tez-­tez Co­nu öz di­zi üs­tə əy­ləş­di­rib ona Qə­dim Yu­na­nıs­tan haq­qın­da mif­lər da­nı­şa­raq gə­lə­cək ba­rə­də məs­lə­hət­lər ve­rir­di.

La­kin bu ni­kah da Ce­ki­yə qəl­b­ ra­hat­lı­ğı və xoş­bəx­t­lik gə­tir­mir. Tə­zə əri­nin evində o qə­rib idi və öz va­ris pa­yı­na sa­hib ol­maq­dan öt­rü ad­lı-­san­lı ai­lə­yə soxul­muş düş­mən bir kəs ki­mi qə­bul olu­nur­du. Ən baş­lı­ca­sı isə o, Aris­to­tel­dən in­ki­şa­fa və ma­raq­la­rı­na gö­rə çox fər­q­lə­nir­di. İn­tel­lek­tual eh­ti­ya­tı bir o qə­dər də zən­gin ol­ma­yan Onas­sis yal­nız biz­nes­lə nə­fəs alır­dı.

Ce­ki tez-­tez Ame­ri­ka­ya yol­la­nır­dı. Onas­sis isə Nyu-­Yor­ka gə­lər­kən ar­va­dı­nın evin­də de­yil, otel­də məs­kən sa­lır­dı. Hət­ta bu döv­r­də bo­şan­maq ba­rə­də söz-söh­bət ya­yı­lır­dı.

Mil­yar­d­çı­nın və­ki­li bu mü­na­si­bət­lər ba­rə­də bun­la­rı söy­lə­miş­dir:

"Onas­s­sis is­tə­yir­di ki, Jak­lin dai­ma onun ya­nın­da ol­sun. O hər­dən ay­rıl­maq istə­sə də, hər də­fə bo­şan­maq haq­qın­da ha­zır­la­dı­ğım sə­nə­di cı­rıb atır­dı. Onun əsas ar­zu­su Ce­ki­nin onun ya­nın­da ol­ma­sın­dan iba­rət idi".

Onas­si­si dəh­şət­li xəs­tə­lik­dən hət­ta mil­yar­d­la­rı be­lə xi­las edə bil­mir və o Jak­lin­lə 7 il ömür sü­rə­rək xər­çən­g­dən və­fat edir. Hər­çənd on­la­rın bir­lik­də və ay­rı­lıq­da nə qə­dər ömür sür­mək­lə­ri­ni de­mək çə­tin­dir. Onas­sis ölən za­man Jak­lin Nyu-­Yor­k­da ol­du­ğun­dan be­lə bir şa­yiə ya­yı­lır ki, gu­ya o Nyu-­Yor­k­da­kı ev­lə­rin­dən var-­döv­lə­ti gö­tür­mək üçün xəs­tə əri­ni tək-­tən­ha qo­yub get­miş­dir. Aris­to­tel isə Pa­ris­də öz qı­zı­nın qol­la­rı ara­sın­da dün­ya­sı­nı də­yi­şir.

Ölü­mün­dən qa­baq isə Onas­sis və­siy­yət­na­mə­si­ni də­yi­şə­rək Jak­li­nə cə­mi iki milyon dol­lar, ögey ana­sı­na nif­rət bəs­lə­yən qı­zı Kris­ti­na­ya isə qa­lan var-dövlətini və­siy­yət edir. Az son­ra baş ver­miş qey­ri-­məh­kə­mə da­nı­şıq­la­rı nəticəsin­də 2 mil­yon rə­qə­mi 20 rə­qə­mi­nə çev­ri­lir. Dul qal­mış Jak­lin Ken­ne­di-­Onas­sis ye­ni­dən Nyu-­Yor­ka köç­dük­dən son­ra onu "Vay­kinq Press" nəşriyyatına re­dak­tor və­zi­fə­si­nə də­vət edir­lər. Çün­ki Ce­ki uni­ver­si­te­ti bitirdikdən son­ra bir müd­dət jur­na­list ki­mi ça­lış­mış­dı. Mət­buat isə Jak­li­ni iz­ləmək­də da­vam edə­rək, onun adı­nı bu və ya di­gər mə­şuq­la bir­lik­də hallandırır­dı. Bir ne­çə ki­ta­ba re­dak­tor­luq edən Jak­lin nəş­riy­yat­dan qal­ma­qal­la ay­rı­lır. Be­lə ki, hə­min nəş­riy­yat onun keç­miş əri­nin qar­da­şı - Ro­bert Ken­ne­di ba­rə­də in­cə­lik­lər­lə do­lu de­tek­tiv bir ro­man nəşr et­mək fik­rin­də idi və Ceki bu­na heç cür tab gə­ti­rə bil­məz­di.

1994-cü ilin ma­yın­da Jak­lin 65 ya­şın­da özü­nün Nyu-­Yor­k­da­kı mən­zil­də xərçəng xəs­tə­li­yin­dən və­fat edir.

Bu qa­dın fran­sız so­yu ilə ya­na­şı, ame­ri­ka­lı qəh­rə­man Skar­lett Oxa­ra ki­mi güc­lü qol­la­ra ma­lik idi. O is­tə­mə­yi və ar­zu­la­dı­ğı­na çat­ma­ğı ba­ca­rır­dı.

# 7774 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #