Elm sübut edir: xoşbəxt olmağın şərtləri...

Elm sübut edir: xoşbəxt olmağın şərtləri...
8 oktyabr 2019
# 21:00

Kulis.az müxtəlif elm adamlarının xoşbəxtlik barəsində apardığı araşdırmalardan çıxarılan 10 nəticəni təqdim edir.

1. Xeyirxah olun

“Psychological Bulletin”də yayımlanan araşdırmaya görə özünüz üçün yox, başqaları üçün pul xərcləmək, özünüzü daha yaxşı hiss etməyinizə gətirib çıxarır. Ən xoşbəxt insanların, paylaşmağı sevən insanlar olduğunu sübut edən araşdırmaya görə, xeyirxahlıq edərək, başqalarına pul verərək xoşbəxt ola bilərsiniz.

2. Şükür edin

Pensilvaniya Universitetinin professoru Martin Seliqman hər gecə onları xoşbəxt edən üç yaxşı şeyi yadına salan insanların digərlərindən daha xoşbəxt olduğunu sübut edib. Sizi xoşbəxt edən şeylərin çox da mühüm şeylər olması vacib deyil. Həyat yoldaşınızın sevdiyiniz şirniyyatı xatırlayıb alması belə şükür etməyiniz üçün yetərlidir.

3. Təzə şeyləri sınayın

Araşdırmalar göstərir ki, yeniliklər edən, yeni təcrübələr yaşayan və rutin həyatdan çıxmağı bacaran insanlar daha xoşbəxt olurlar. Yeni şeylər sınamaq beyin dalğalarını oyandırır.

4. Hədəflər müəyyən edin

Psixoloq Jonathan Freedman qarşısına qısa, yaxud uzun müddətli hədəf qoyanların, digərlərinə nisbətdə daha xoşbəxt olduqlarını iddia edir. Viskonsin Universitetindən Richard Davidson isə deyir ki, hansısa məqsəd naminə çalışmaq, müsbət emosiyalar oyadır insanda.

5. Bitərəf olun

“Ultimate Happiness Prescription” adlı kitabın müəllifi Deepak Chopra yazır ki, xoşbəxt olmaq üçün tərəfsiz olmaq lazımdır: “Əgər öz mövqeyinizi müdafiə etməyi dayandırsanız, enerjinizin 99 faizinə qənaət edərsiniz və daha çox xoşbəxt olarsınız”.

6. İnanclı olun

Aparılan yeni araşdırmalara görə inanclı insanlar olmayanlara nisbətdə həyatlarından daha məmnun və xoşbəxtdirlər. Melburn Universitetindən Bruce Headeyin 25 illik araşdırmasının nəticəsində bəlli olub ki, inanclı insanlar karyera narahatlığından uzaqdırlar və ruhən daha stabildirlər.

7. Azı 6 saat yatın

İngiltərədə aparılan bir araşdırma göstərir ki, gündə ən az 6 saat 15 dəqiqə davamlı olaraq yatmaq, insanın xoşbəxt olmasında böyük əhəmiyyət daşıyır.

8. On yaxşı dostunuz olsun

Nottinqam Universitetinin araşdırmasına görə ən azı 10 yaxşı dosta sahib olduğunu deyən yetkin insanlar, beşdən az dostu olanlara nisbətdə daha xoşbəxtdirlər. Daha xoşbəxt hiss etmək üçün, dost çevrənizi genişləndirməyiniz lazımdır.

9. Tez-tez gülümsəyin

Gülümsəmək və xoşbəxt insan kimi davranmaq insanda müsbət emosiyalar yaradır. Durduğunuz yerdə, heç bir səbəb olmadan gülümsəsəniz, əhvalınız düzələcək. Bu da araşdırma nəticəsidir.

10. Romantik olun

Münasibətlərin xoşbəxtliyə çox böyük təsiri var. Kornell Universitetində aparılan araşdırmaya görə sevgi münasibəti olan insanlar, olmayanlara nisbətdə daha xoşbəxtdir.

# 6394 dəfə oxunub

Oxşar xəbərlər

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

12:00 22 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

12:00 18 dekabr 2025
İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

12:00 17 dekabr 2025
Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər