Əsgərlikdən qaçdı, oğlunu atdı, heç vaxt çimmədi – Nazim Hikmətin 10 inanılmaz hərəkəti

Əsgərlikdən qaçdı, oğlunu atdı, heç vaxt çimmədi – Nazim Hikmətin 10 inanılmaz hərəkəti
3 iyun 2021
# 15:20

Kulis.az Nazim Hikmətin anım günündə onun ədəbiyyat tarixinə düşmüş 10 gözlənilməz hərəkətini təqdim edir.

  1. O, il vaxtlar türk əruzunda, simvolik şeirlər yazırdı.
  1. Nazim Hikmətin anası Cəlilə xanım rəsmlə məşğul idi. Onun dövrün tanınmış şairi Yahya Kamalla sevgili olduğunu bilən Nazim Hikmət evdən qaçaq düşür və Yahya Kamala belə bir məktub yazır: “Müəllimim olaraq girdiyiniz evə atam kimi girə bilməzsiniz”.

  1. Bacısının dul rəfiqəsi Pirayə ilə evli idi, həbsdən məktublaşırdılar. Günlərin birində dayısı qızı Münəvvər onu ziyarətə gəlir və Nazim qadına aşiq olur. Pirayəni isə atır...

  1. Nazim Hikmət əsgərliyə çağırıldığı üçün türkiyədən Moskvaya qaçır.

  1. Münəvvəri və oğlu Mehmeti Türkiyədə təkbaşına qoyur. Onlara qürbətdən həsrət şeirləri yazsa da başqa qadınlarla enin.-uzununa eşq yaşayır.

  1. O, Leninqradda sevdiyi qadınlardan biri Qalinaya da xəyanət edir. Çünki daha cavan və gözəl bir qadına vurulmuşdu. Bu, Vera Tulyakova idi.

  1. Vera Tulyakova ilə eşq yaşamaq şair üçün ağır idi. Çünki o, infarkt keçirmişdi və eşq həyəcanı onu öldürə bilərdi. Nazimsə yalnız bu mövzuda ölümə meydan oxudu.

  1. Ayrılıqlarına onlarla şeir həsr etdiyi Münəvvərlə Mehmet onunla görüşmək üçün sosialist şəhəri Varşavaya gəlir, Nazim bu görüşə gəlsə də, onların yanında qalmır, oğlunu da, Münəvvəri də atıb Moskvaya - Veranın yanına qayıdır. Oğlu bu hərəkəti ona ömür boyu bağışlamır.

  1. Nazim Hikmətin hardasa, necəsə bədbəxt etdiyi üç qadın – Qalina, Vera və Münəvvər dəfni zamanı bir araya gəlmişdilər. Üçü də yanaşı duraraq Nazimin qəbrinə baxıb həzin-həzin ağlayırdılar.

  1. Həbsdə su işgəncəsinə məruz qalmışdı və buna görə travma almışdı. Ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmişdi. O, bədənini ətirlə və spirtlə təmizləyirdi.

Nazım Hikmet hayatı hapis

# 5905 dəfə oxunub

Oxşar xəbərlər

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
Tarixi kəşf: 86 min il əvvəl insanlar burada necə yaşayırdı?

Tarixi kəşf: 86 min il əvvəl insanlar burada necə yaşayırdı?

15:40 22 iyul 2026
Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

Güllələnən oğul, donaraq ölən qız, itkin düşən nəvə - Rəsulzadə ailəsinin ölkədən çıxışına kim mane olmuşdu?

12:00 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər