Ən çox gördüyümüz 30 yuxu

Ən çox gördüyümüz 30 yuxu
3 dekabr 2019
# 21:00

Uçmaq, qaçmaq, sevişmək! Kişilər qadınlardan daha çox sevişir. Qadınlar ən çox üzür. Gənclər hörümçəkdən qorxur. Yaşlılar pul tapır. Ən çox uçmağı sevirik. Təcavüzə məruz qalmaq, kiməsə təcavüz etməkdən daha çoxdur. Harda? Almaniyada aparılan bir araşdırma, yuxu dünyasının qapısını açdı.

Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Ümumiyyətlə niyə yatmağımızın da ağlabatan bir cavabı yoxdur. Amma Almaniyada aparılan bu araşdırma yuxu ilə bağlı bəzi statistik məlumatlar verməkdədir. Sən demə bəzi yuxuları bütün insanlar görür. Dünən gecə siz böyük ehtimalla evlərin, yolların üzərindən uçmusuz. Kimdənsə qaçmısız, bir şeyi təkrar-təkrar etməyə çalışmısız, tanıdığınız, yaxud tanımadığınız biriylə sevişmisiz.

Araşdırma təkcə almanlar üzərində deyil, digər böyük xalqlar üzərində də aparılıb. Nəticədə bəlli olub ki, bütün dünyanın insanları ortaq yuxular görürmüşlər.

Yuxuda sevişdiyini görmək daha çox kişilərə xasdır. Kişilər həmçinin yuxuda alov görürlər. Eyni zamanda bir avtomobilin idarəsinin itirildiyini görmək də kişi yuxusuna xasdır.

Qadınların yuxuları sellə, tufanla doludur. Qadınlar çox vaxt yuxuda üzürlər. Yaşayan adamları ölmüş, ölmüş adamları diri görənlər də daha çox qadınlardır.

Özünü çılpaq, yaxud yarıçılpaq geyinmiş halda görmək isə qadınlarda və kişilərdə bərabərdir.

Gənclər böcəklər və hörümçəkləri çox görürlər. Özlərini daha çox güzgüdə görürlər.

Yaşlılar isə yuxularında yeni şeyləri sınaqdan keçirirlər və hardansa pul tapırlar.

Bu da bütün insanların gördüyü ortaq yuxular:

1. Uçmaq.

2. Bir şeyi davamlı şəkildə təkrarlamaq, etməyə çalışmaq.

3. Kimdənsə, yaxud nədənsə qaçmaq.

4. Sevişmək.

5. Məktəbə getmək, oxumaq, öyrənmək.

6. Harasa gecikmək.

7. Ölmüş bir adamı diri görmək.

8. Sağ adamı ölmüş görmək.

9. Hücuma məruz qalmaq, zərbə almaq.

10. Üzmək.

11. Yıxılmaq.

12. Vəhşi heyvanlar.

13. Sel, tufan görmək.

14. Gözəl yeməklər yemək.

15. Bir yerdə bağlı qalmaq.

16. Bağlanmış olmaq, hərəkətsiz qalmaq, nəfəs ala bilməmək.

17. Öldürülmək.

18. Bir varlığı hiss etmək.

19. Şər bir varlıqla qarşılaşmaq.

20. Pul tapmaq.

21. Bir avtomobilin idarəetməsini itirmək.

22. Alov görmək.

23. Yıxılmaq üzrə olmaq.

24. Biədəb geyinmək.

25. Böcək və hörümçək görmək.

26. Boğulmaq, havasız qalmaq.

27. Birini öldürmək.

28. Tualet tapa bilməmək, tualetdən istifadə edərkən utanmaq.

29. İmtahanda uğursuz olmaq.

30. Yenidən uşaq olmaq.

# 22563 dəfə oxunub

Oxşar xəbərlər

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

21:00 18 sentyabr 2024
O, sinifdə ayaqqabılarını niyə çıxarmışdı? - Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi

O, sinifdə ayaqqabılarını niyə çıxarmışdı? - Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi

17:00 18 sentyabr 2024
"FTB məni izləyir..." - O niyə özünə qəsd etmişdi?

"FTB məni izləyir..." - O niyə özünə qəsd etmişdi?

12:00 24 avqust 2024
Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

09:30 20 avqust 2024
Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

Müsəlmanlar niyə sünnət edilir? - Məkkədən reportaj - IV HİSSƏ

12:00 13 avqust 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə suiqəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə suiqəsd etmişdi?

15:00 9 avqust 2024
# # #