Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt

Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
9 noyabr 2021
# 21:00

Kulis.az Günay Nərimanın “Ən yaxın tarix. İkinci Qarabağ müharibəsində biz nələri gördük?” yazısını təqdim edir. Yazı 44 günlük müharibənin şərəfinə 44 qeyri-adi faktdan ibarətdir.

1. Oğlunun qəbrinə girib "oğlumla yatmaq istəyirəm" deyən ana.
2. Nişanlısının ölümündən sonra intihar edən qız.
3. Oğlunun tabutu qabağında oynayan ana.
4. Ərinin cənazəsini çiynində daşıyan qadın.
5. Öz qızının bağırsaqlarını yerdən yığan ata.
6. Əli, qolu olmaya-olmaya “Mən vətən üçün heç nə edə bilmədim” - deyən qəhrəman qazi.
7. Ürəyində qəlpə ola-ola "Ürəyim qurban bu vətənə" deyən əsgər.
8. Əsgərinə: "Bu, mənim qardaşımdır" deyən general.
9. Oğlunun məzarında "Xocalının qisasını almısan, buna görə ağlamıram" deyən ana.
10. Can verəndə "Qızım üçün darıxıram" deyən əsgər.
11. Öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər.
12. Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana.
13. Suqovuşanda yaralanıb hospitalda can verərkən "Axı niyə Şuşanı görmədim" deyən əsgər.
14. Özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qurtaran əsgər.
15. "Siz evlisiz, mənsə subay" deyərək erməni generalını öldürüb, zabit heyətini ölümdən qurtarıb, Polad Həşimovun qisasını alan əsgər.
16. Yırtıq ayaqqabı ilə Asan xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən qoca.
17. Oğlunun cənazəsi gələn yolu əyilib öpən və "Südüm sənə halal olsun, oğul" deyən ana.
18. “Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et” - deyə nəvəsinə ruh verən nənə.
19. Döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçiləri ilə dalaşan oğullar.
20. Döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar.
21. Canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar.
22. Bütün xarici təzyiqləri dəf edərək, siyasi gücləri susdurmağı bacaran ölkə başçısı.
23. Eyni səngərdə döyüşən ata-oğullar.
24. Yatağında qanına qərq olan günahsız insanlar.
25. Üzü-gözü qan içində kameraya gülümsəyən yaşı kiçik, ürəyi böyük qəhrəmanlar.
26. Öz cehiz yorğan-döşəyini əsgər qardaşlarına göndərən qızlar.
27. Günlərlə yuxusuz qalıb, əsgər övladları üçün yemək hazırlayan analar.
28. Cibinin bəlkə də son manatı ilə əsgər qardaşlarına corab, əlcək, siqaret alıb yollayan, aparan oğullar.
29. Anasının evdə hazırladığı kompotları qucağına yığıb, yol kənarında dayanan, gedib-gələn əsgərlərə paylayan balaca uşaqlar.
31. Şəhid oğlunun nəşi tapılsın, torpağa tapşıra bilsin deyə qurban deyən ana.
32. Bütün hadisələrin başlanğıc nöqtəsi: Tovuza erməni hücumu zamanı tovuzluların sərhəddə yürüşü, ətraf rayonların camaatının da Tovuza toplaşması. Canlı sipər.
33. Bəzi market, aptek sahiblərinin hərbiçilərdən pul götürməməsi.
34. Dəfələrlə qızına elçi göndərən, qızını o oğlana verməyən və həmin oğlanın qazi olduğunu eşidəndə "Oğlana deyin, gəlsin, qız onundu" deyən ata.
35. Oğlunun birini dəfn edib, qayıdanda o biri oğlunun nəşini qarşılayan ana.
36. Atasızlığı yenicə dadmış şəhidlərimizin körpə balalarının məğrur duruşu.
37. Tabe olduqları siyasi rejimin ağırlığına baxmayaraq, silah transferinə etirazlarını bildirən güneyli qardaşlarımızın zindanlı günləri.
38. Döyüş meydanında topçu əsgərimizin, siyasi meydanda siyasətçilərimizin cəsarətli duruşu.
39. Əkiz qardaşların əkiz məzarı.
40. Bıçaqla, süngüylə, qol gücüylə azad olunan Şuşa.
41. Bütün çətinliklərə rəğmən, canını hər dəqiqə təhlükəyə ataraq haqq səsimizi dünyaya çatdıran media nümayəndələri və şəhid jurnalistlər.
42. Havalar bir azca soyuyan kimi, yağış yağan kimi əsgərim soyuqdadır, islanır deyib, yatağında ilan kimi qıvrılan əlli milyon azərbaycanlı və qardaş ölkələrin Azərbaycansevər vətəndaşları.
43. “Birdən raket atarlar, ölümə hazırlıqsız yaxalanarıq” - deyib, gecələr paltarlı yatan qadınlar.
44. Döyüş yoldaşlarını qorumaq üçün yanlarına düşən partlayıcının üstünə uzanan əsgər.

Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, ona dəstək olan qardaş olan ölkələr.

# 9648 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
#
#
# # #