“Şərikli çörək”in itkin Vaqifi: Çəkilişlərdə uşaqları aldadıb ağladırdılar

“Şərikli çörək”in itkin Vaqifi: Çəkilişlərdə uşaqları aldadıb ağladırdılar
1 iyun 2021
# 13:02

Uşaq obrazının dominant olduğu filmlər müəlliflər üçün nə qədər çətin başa gəlsə də, tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanır. Dünyada uşaqlarla işləməyi bacaran rejissorlar çox deyil.

Eləcə də, Azərbaycanda.

Bu üzdən, “Şərikli çörək” filmini, Vaqif obrazını və filmin rejissoru Şamil Mahmudbəyovun xidmətlərini unutmaq olmaz.

Azərbaycan kinosunda uşaqlara aid filmlərdən “Qaraca qız”, “Ögey ana” ilə yanaşı ən çox xatırlanan film “Şərikli şörək” və burada baş rolu ifa edən Vaqifdir.

Vaqif obrazına gəlməzdən əvvəl, filmin çəkilişi prosesində uşaqlarla bağlı yaranan maraqlı situasiyalara diqqət edək.

İkinci Dünya Müharibəsi zamanı Bakı və müharibənin şəhər uşaqlarının taleyində cızdığı qara xətt, uşaq gülüşləri ilə ayaqda duran fərəhsiz günlərdən bəhs edir.

“Şərikli çörək”də xeyli uşaq rol alsa da, bu, uşaq filmi deyil.

Sözsüz ki, filmdə uşaqların xidməti danılmazdır.

Filmin ən yaddaqalan detallarından biri uşağın dizinə körpə şəkli çəkməsi, ayağını özü üçün oyuncaq körpəyə çevirməsidir. Bu səhnə hamı tərəfindən rejissor işi kimi qiymətləndirilsə də, həmin ideyanı uşaq verib. Sözügedən uşaq obrazını canlandıran Tuna Namazova rəssamlıq məktəbinə gedirmiş, rejissora özü deyib ki, mən ayağımda maraqlı rəsmlər çəkə bilirəm, beləcə həmin səhnə yaranıb.

Həmçinin krantın başına yaylıq bağlaması da, qızın öz ideyasıdır.

Göründüyü kimi, uşaqların tapıntıları çox qüdsi olduğundan, filmdə daha çox diqqət çəkir...

Şamil Mahmudbəyov (rejissor) — Vikipediya

Rejissor Şamil Mahmudbəyov təbiilik yaratmaq üçün uşaqları başa salırmış ki, burada yıxılacaqsan.

Birdən də deyirdi qardaşın öldü, atana güllə dəydi və s.

Uşaq da başlayırmış ağlamağa.

“Şərikli çörək” İtaliyada da bəyənilib. Hətta, Fazil Salayevə bu obrazdan sonra İtaliyadan dəvət gəlib.

Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Genanın toyuq satması, Vaqifin su satanuşaqla davası “Quba meydanı”nda (“Kubinka”) lentə alınıb.

Təəssüf ki, Azərbaycan kinosunda uşaq rolunu ən yüksək səviyyədə oynayan – “Şərikli çörək” filminin Vaqifi Kamran Rəcəblini kinomuz erkən itirdi. O, cəmi bir neçə uşaq obrazı canlandırandan sonra kinodan gedir. “Torpaq. Dəniz. Od. Səma”, “Şərikli çörək”, “Skripkanın sərgüzəşti” filmləri Kamran Rəcəblinin rol aldığı ekran işləridir.

Məşhur “Şərikli çörək”in Vaqifi də ABŞ-da tapıldı - FOTO - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Kamran Rəcəblinin hansı səbəbdən kinodan getməsi bəlli deyil. Aktyor hazırda ABŞ-da yaşayır. Kino sahəsində çalışmadığı deyilir.

Axırıncı dəfə, 2010-cu ildə Bakıda olub.

Həmin vaxtdan etibarən aktyor haqqında məlumat yoxdur.

# 7577 dəfə oxunub

Oxşar xəbərlər

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

15:00 16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

12:00 11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

10:00 10 sentyabr 2026
Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər