İki dəfə evləndi, övladlarının sayını gizlədi, qızlarına verdiyi sözü tutmadı – Komediyaya baxıb gülərkən ölən müğənnimiz

İki dəfə evləndi, övladlarının sayını gizlədi, qızlarına verdiyi sözü tutmadı – Komediyaya baxıb gülərkən ölən müğənnimiz
17 may 2021
# 11:59

Kulis.az müğənni Rüfət Mehdiyev haqqında maraqlı faktları təqdim edir.


Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsinə daxil olub.

***

Universiteti başa vurandan sonra isə musiqi ilə məşğul olmağa başlayıb. 1992-ci ildən müğənnilik edib. “Space” Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib.

Müğənni kimi “Darıxırdım”, “Druziya”, “Gedirəm”, “Getdin”, “İl keçdi”, “Yandırdı, yaxdı məni” mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.

***

Rüfət Mehdiyev iki dəfə ailə həyatı qurub. 90-cı illərin əvvəllərində toylarda sintezator ifaçısı kimi çıxış edən müğənni həmin toyların birində gələcək həyat yoldaşı ilə tanış olub. Və onlar ailə qurublar. 1993-cü ildə onun Zemfira adlı bir qızı, sonra daha bir qızı dünyaya gəlib.

***

İlk ailə həyatı uğurlu olmayan müğənni sonralar ikinci dəfə Fərqanə adlı xanımla evlənib. Bu evlilikdən isə onun Sabir adlı oğlu, Aynil adlı qızı olub. İkinci ailəsi ilə yanaşı müğənni ilk ailəsinə də baxır, qızları ilə hər gün əlaqə saxlayırmış.

Ancaq qəribədir ki, verilişlərdə o, iki övladı olduğunu deyirmiş.

***

Qızı Zemfiranın musiqiyə hədsiz həvəsi olsa da, atası buna mane olub. Tez-tez əlinə daraq alıb evdə müxtəlif musiqilər səsləndirən, özünü Aygün Kazımovaya bənzədən qızına bu fikirdən uzaq olmasını, yaxşı oxuyub ali məktəbə girməsini tövsiyə edib.

***

Qızı Zemfira müsahibələrinin birində xatırlayır:
“Bacım da eyni ilə mənim kimi müğənni olmaq istəyirdi. O, müğənniliyə məndən daha çox həvəs göstərib. Amma ikimiz də uşaq vaxtı xəyalını qurduğumuz peşələri seçmədik. Mən dizayner oldum, bacım isə tibb sahəsində çalışır. Amma təəssüf ki, atam bizim universitetə qəbul olmağımızı görə bilmədi. Mən 11-ci sinifdə oxuyanda o vəfat etdi”.

***

Qızı Zemfiranın sözlərinə görə 2018-ci ildə onun toy mərasimində atasının yaxın dostları olan sənət adamlarından Elariz Məmmədoğlu, Eyyub Yaqubov, Lalə Məmmədova, Ədalət Şükürov, Natəvan Həbibi, Səməd Səmədov, “Bu şəhərdə”nin kollektivi, Faytonçu Nazim, Ceyhun Bakinski təmənnasız iştirak ediblər.

Rüfət Mehdiyev həmkarı Elariz Məmmədovla çox yaxın dost olub. Elariz bəyin qızının toyuna dəvət olunan Rüfət toydan sonra pul götürməyib, hətta ona pul təklif etdiyinə görə Elarizdən inciyib.

***

Müğənninin yaxınları onun çox ürəyiyumuşaq, qayğıkeş, gülərüz insan olduğunu qeyd edirlər. Dostu Elnur Quliyev müsahibələrinin birində deyir:

“Bilirdik ki, Rüfətin problemləri var. Amma heç birimizlə bunu bölüşmürdü. Hər şeyi ürəyinə salan adam idi. Nə qədər soruşsaq da, heç nə olmayıb deyərdi, amma əhvalından bilirdik ki, yaxşı deyil. Rasim adlı dostumuz var, ən çox onunla dərdləşərdi. Mən həmişə istəyirdim ki, ona kömək olum. Çünki Rüfətin mənə çox yaxşılığı dəyib. Məni tez-tez radiolara aparırdı, mahnılarımı təqdim edirdi. Bir neçə dəfə onunla televiziyalarda da olmuşam. Rüfətin hansısa problemləri vardı, bunu ürəyinə salırdı.”

Günlərin birində Rüfət Mehdiyev qızlarına deyir ki, hazırlaşsınlar, ertəsi gün onları şəhərə gəzməyə çıxaracaq. Lakin, bu sözləri deyəndən bir neçə saat sonra Rüfət Mehdiyev 2011-ci il fevralın 11-də gecə saat 3-də rusların "Komedi Klab" verilişinə baxıb güldüyü yerdə qəfil insult keçirir və 41 yaşında dünyasını dəyişir. O, Nizami rayon qəbiristanlığında dəfn edilir.

***

Anası da 31 yaşında eyni səbəbdən dünyasını dəyişib.

***

Müğənninin ikinci həyat yoldaşı Fərqanə xanımın sözlərinə görə o, ölümündən bir həftə əvvəl gecə yuxudan oyanıb mətbəxə keçib bir şeir yazır və bu şeirə musiqi bəstələyir, lakin həmin bəstəni lentə almır. Ölümündən sonra ailəsi həmin şeiri tapsa da, musiqini özü ilə aparır.

# 16493 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #