“Şübhə edərsən hamilə qalmasına Madonnanın”

“Şübhə edərsən hamilə qalmasına Madonnanın”
18 fevral 2013
# 11:11

İtirəndə tarazlığın

yorğun huşun

bu pilləkənin pillələri

qaçanda ayaq altından

göyərtə kimi

tüpürəndə insanlığa

sənin gecə tənhalığın,

Əbədiyyət haqqında düşünə bilərsən

və şübhə edə bilərsən qüsursuzluğuna fikirlərin, hipotezlərin,

anlaşılmasına incəsənət əsərlərinin,

və hətta oğlu İsaya hamilə qalmasına Madonnanın.

Amma daha yaxşıdır mövcudluğa sitayiş etmək

onun dərin qəbirlərinə,

hansılar ki, sonradan,

qədimliklərinə görə

elə sevimli görünəcəklər ki.

Bəli.

Daha yaxşıdır mövcudluğa sitayiş etmək

onun qısa yollarına,

hansılar ki, sonradan

sənə görünəcəklər

qəribə şəkildə

enli,

böyük,

tozlu,

kompromislərlə dolu,

iri qanadlara,

böyük quşlara bənzər.

Bəli. Daha yaxşıdır mövcudluğa sitayiş etmək

onun miskin ölçülərinə,

hansılar ki, sonradan ifrat dərəcədə

sənin axsaq həqiqətlərini

bu kələ-kötür pilləkəndə

tarazlıqda saxlayan

(xüsusi təmizliyi ilə seçilməsə də),

söykənməyin üçün məhəccər olacaq.

Tərcümə: Svetlana Turan

# 1979 dəfə oxunub

Müəllifin son yazıları

# # #