Kulis.az gənc şair Sonuncu Orxanın yeni şeirlərini təqdim edir.
Çiçək ana
Övladını gül təki görmək istəyən ana
Bir işıq kimi, nur kimi
səma kimi aydın, bəyaz.
Əllərini gül ləçəyi yandırar
Elə solar ümidləri gözündə
Ağlamaz,
Sızlamaz
Taleyini, qədərini qarğıyar.
Övladını gül təki görmək istəyən ana
Hər gün o dibçəyi həvəslə sulayar
Bitməz o torpaqda gül.
Yaxasında gül ləçəyi gəzdirər.
***
Bir siqaret yandırarsan xatirələr üstünə,
Gözlərin uzaqları gətirər əllərinə.
Qəribsəyər həsrətin,
İçinə dağılarsan
Ağrıyarsan bəxtinə
Ağlayarsan bəxtinə
Duyğuların qarışar gözlərinin rənginə.
Monoton
əlimlə, ayağımla
dişimlə-dırnağımla
bu istidə
bu ağacın kölgəsində
darıxıram, darıxıram.
heç nə yox təzələməyə,
vaxt da keçmir darıxmaqdan o tərəfə
biz elə bu yanda yurdlaşmışıq
yanmışıq, yanmışıq
heyimiz yox təzə bir söz tikməyə.
bu ağacın kölgəsində
darıxıram, darıxıram.
ömür də keçmir ölümdən o tərəfə.
***
Yağış yaman bərkitdi
Səni nə çox arzuladığımın fərqində buludlar