“Yaşadığım əzablar məsləyimi yerlə bir elədi”

“Yaşadığım əzablar məsləyimi yerlə bir elədi”
24 aprel 2014
# 08:00

Alman yazıçısı Herman Hesse Ədəbiyyat üzrə Nobel Mükafatına 1946-cı ildə layiq görülüb. Lakin səhhəti yazıçıya mükafatın təqdimetmə mərasiminə qatılmağa imkan vermədi. Hessenin mərasim üçün yazdığı mətni isveçrəli nazir Henri Vallotton oxudu...

Kulis.az yazıçının “Nobel nitqi”ni təqdim edir.

“Təşkil etdiyinizi tədbirə görə sizi təbrik edir və sayğı duyuram, qonağınız ola bilmədiyimə görə və sizə canlı şəkildə təşəkkür edə bilmədiyimə görə çox üzgünəm. Səhhətimə həmişə həssas yanaşan insan olmuşam. Xüsusilə 1933-cu ildən sonra yaşadığım əzablar üzərimə çox ağır bir yük oldu, həyatımın məsləyini yerlə bir elədi. Amma zehnim bundan zərər görmədi və özümü sizə, Nobel komitəsinə ilham verən ideyalara çox yaxın hiss edirəm. O ideya ağlın müharibəyə və dağıtmağa deyil, sülhə və əmin-amanlığa xidmət etməli olması ideyasıdır.

Ancaq mənim istəyim milli xüsusiyyətlərin bulanıqlaşıb itməsi və insanlığın intellektual olaraq eyniləşməsi deyil. Əksinə, hər formanın və fərqli rəngin bu gözəl dünyamızda uzun müddət mövcud olmasını istəyirəm. Fərqli irqlərə, millətlərə, dillərə, davranışlara və baxış bucaqlarına sahib olan insanların mövcudluğu necə möhtəşəmdir. Əgər müharibələrə, işğallara və ilhaqlara qarşı nifrət, barışmaz bir düşmənçilik sərgiləyirəmsə, bunun bir neçə səbəbi var, amma ən mühümü insan mədəniyyətinin özündən yaranan, son dərəcə fərdi və bir birindən fərqli olan bir çox uğurunun bu qaranlıq güclərə qurban getməsidir. Böyük bəsitləşdirmələrə nifrət edirəm və keyfiyyətcə təkrarı mümkün olmayan unikallığa heyranam.

Qonağınız və məsləkdaşınız olaraq, ölkəniz İsveçə, onun dilinə və mədəniyyətinə, zəngin və qürurlu tarixinə, özünəməxsusluğunu qorumaq üçün göstərdiyi əzmə görə sizi təbrik edirəm və təşəkkürlərimi çatdırıram. İsveçdə heç vaxt olmamışam, ancaq o ilk hədiyyəni aldıqdan sonra keçən illər ərzində ölkənizdən mənə bir çox gözəl və xoş şeylər gəldi. Bundan 40 il əvvəl gələn o ilk hədiyə Selma Lagerölfün mənə ithaf etdiyi “Christ Legends” kitabının ilk nəşrinin sürəti idi. İllər ərzində ölkənizlə xeyli dəyərli alış-verişim oldu və bu son möhtəşəm hədiyyənizlə məni çox təəccübləndirdiniz. Sizə qarşı olan dərin minnətdarlıq hissimi ifadə etməyimə icazə verin!"

# 3035 dəfə oxunub

Oxşar xəbərlər

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

09:00 21 avqust 2025
Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

09:00 20 avqust 2025
Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər