Əməkdar artist üç aydır ev şəraitində müalicə olunur

Əməkdar artist üç aydır ev şəraitində müalicə olunur
5 dekabr 2012
# 16:39

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Azər Mirzəyev üç aya yaxındır ki, ev şəraitində müalicə olunur.


Bu barədə APA-ya məlumat verən aktyor bildirib ki, onun müalicəsi hələ də davam edir və bu müddət ərzində o yalnız evdə gəzməyə çalışır: “Evdə yavaş-yavaş gəzirəm. Özümdə irəliləyiş hiss edirəm, həkimlər əllərindən gələni ediblər. Dedilər ki, artıq bundan sonra hər şey özümdən asılıdır. Yalnız evdə gəzirəm, çölə tək çıxmağa ehtiyat edirəm. Teatr üçün ürəyim çırpınır, səhnəyə nə zaman çıxa biləcəyəm, bunu bilmirəm. Çalışıram çox da xatırlamayım, yoxsa teatrsız qala bilmirəm. Mənə çox çətindir”.

A. Mirzəyev əlavə edib ki, o, tam sağalması üçün var qüvvəsi ilə çalışır. Lakin uzun illərdir çalışdığı Akademik Milli Dram Teatrına nə zaman gedə biləcəyini hələ özü də bilmir.

Qeyd edək ki, Azər Mirzəyev sentyabrın əvvəllərində Mərkəzi Neftçilər Xəstəxanasında ürək çatışmazlığı müalicə olunub. Əvvəl onun ürəyində cərrahiyyə əməliyyatı nəzərdə tutulsa da, sonradan həkimlər bu əməliyyatdan imtina ediblər. Həmin dövrdən bəri Azər Mirzəyev sərbəst şəkildə hərəkət edə bilmir.

# 2104 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər