Kitab sərgisi

Milli Kitab Mükafatının qısa siyahısı elan olundu

Milli Kitab Mükafatının qısa siyahısı elan olundu
27 mart 2013
# 11:15

Milli Kitab Mükafatının (MKM) Ekspert Şurası qısa siyahını açıqlayıb. Kulis.Az qisa siyahıya düşən əsərləri təqdim edir.

1. Azad Qaradərəli. “Kuma-Manıç çökəkliyi”

2. Qan Turalı. “Mustafa”

3. Pərvin Nurəliyeva. “Balerina”

4. Sayman Aruz. “Yüz il inqilab”

5. Şəhriyar Del Gerani. “İntihar hörükləri”

6. Vahid Qazı. “Çamayra. Kuba dəftəri”

7. Zakir Sadatlı. “Əfqanıstan uçurumu”

8. Zahid Sarıtorpaq. “Əlifba bayramında qətl”

Rus dilində əsərlər

9. Гюльнара Караева. "Две жизни"

10. Малик Дурсунов. "Кара дайы"

Ekspert Şurasına Tehran Əlişanoğlu, Mahir Qarayev, Yaşar, Zahir Əzəmət və Elnarə Tofiqqızı daxildir. Rus dilində təqdim olunmuş əsərləri isə bu il rusdilli ekspertlər - Bella Zakirova və Vyaçeslav Sapunov dəyərləndirib.

Xarırladaq ki, 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Müsabiqəyə əsər təqdim edənlər arasında daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir. Azərbaycanın bütün bölgələrindən əsərlər daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər. MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb.

Aprelin 1-də 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə, ən yaxşı gənc yazara və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.

MKM Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihədir. MKM 2009-cu ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa müddət ərzində media və cəmiyyətdə geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılmasıdır.

Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.

Mövzu ilə bağlı xəbərlər:

MKM-nin uzun siyahısı açıqlandı

# 3562 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər