Divan şərbəti, telefon əsnəyi, kitab “poxmel”i

Divan şərbəti, telefon əsnəyi, kitab “poxmel”i
30 yanvar 2014
# 08:45

İngilis dilində hər 90 dəqiqədən bir yeni söz yaranır.

Hər gün qarşılaşdığımız neologizmlərlə tanış olaq:

Layk-şok (Like shock)

“Facebook”-da yazdığınız hər hansı paylaşıma gözlədiyinizdən çox “like” gələndə üzünüz necə olur? Bax bu vəziyyətə “layk-şok” deyirlər.

Telefon əsnəyi (Phone-yawn)

Evdə bir nəfərin telefonu əlinə almağı bəsdir ki, digərləri də eyni hərəkəti təkrarlasın. Necə ki əsnək, əsnək gətirir, telefon da telefon gətirir artıq.

Açmaq üçün itələ (Slide to unlock)

iPhone-ların ekranını açmaq üçün istifadə edilən bu söz birləşməsini asan əldə olunan qızlara da deyirlər.

Goptaqram (Gloatgram)

İnstgramda əksəriyyəti “elit” həyat yaşadığını göstərməklə yarışır. Kimi səyahət, kimi də bahalı restoranlardan yemək şəkilləri qoyur. Bax onlara “qoptaqram” deyirlər.

BioAloji saat (Bio-illogical clock)

Adamı istirahət günləri də iş günlərindəki kimi tezdən yuxudan durmağa sövq edən fizioloji mexanizm.

Broman (Bromance)

Normal orientasiyalı kişilərin dostluğu.

Antisosial şəbəkələşmə (Antisocial Networking)

Yeni dostlar əlavə etsən də, onlarla heç vaxt görüşməmək.

Divan şərbəti (Couch syrup)

Sərxoş adamın gecədən içdiyini göstərən divan altında qalmış şüşə.

Kitab “poxmel”i (Book hangover)

Oxuduğun kitabın təsirindən bir neçə gün çıxa bilməmək.

Ad pusqusu (Name ambush)

Tanış adamla rastlaşanda adını yada sala bilməmək.

Facebook dəqiqə (Facebook minute)

“Bir dəqiqəlik Facebooka girib gəlirəm” deyib orda ilişib qaldığın qeyri-müəyyən vaxt.

Ev korluğu (Domestic blindness)

Bir şeyi neçə gün axtarırsan, ancaq tapa bilmirsən. Başqası gəlib tapır, məlum olur ki, əşya düz gözünün qabağında imiş.

Puma (Cougar)

Özündən daha gənc kişilərlə münasibət quran 35 yaşlı (və ya yuxarı) qadın.

Ruh post (Ghost post)

Status yaxud şəklə yazılan və dərhal pozulan şərh.

Dost-düşmən (Frenemy)

Dostluq əlaqələri saxlasan da, zəhlən getdiyi adam.

iBarmaq (iFinger)

Planşet, yaxud smartfonu işlətmək üçün istifadə olunan barmaq.

Təvazökar lovğalıq (Humblebrag)

Müəllifin “mən kiməm ki?” deyə özünə ironiya və ya zarafatla ört-basdır etməyə çalışdığı təvazökar lovğalığı.

Facebook nekroqolist (Facebook necrologist)

Məşhur biri dünyasını dəyişəndə mütləq “Ruhun şad olsun və s.” şeylər deyən istifadəçi.

SMS-oyun (Text Purgatory)

Oyun məqsədi ilə yazdığın ismarışa həyəcanla cavab gözləmək.

Maksimalistin iflici (Perfectionist paralysis)

Bəzi adamlar təbiətcə maksimalist. İşlərini ideal görmək istəyirlər. Bəzən ideal edə bilməməkdən qorxub o işə başlaya bilmirlər. Bu vəziyyətə “Maksimalistin iflici” deyirlər.

Uşaq müşahidəsi (Child supervision)

Texnologiyadan böyüklərdən daha yaxşı başı çıxan uşaq.

Havada gitara (Air guitar)

Heç bir alət, təhsil tələb olunmadan “heç nədən” çalınan gitara.

# 4192 dəfə oxunub

Oxşar xəbərlər

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

13:30 24 iyun 2026
İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

İşə gecikdiyi üçün həbsxanaya düşən azərbaycanlı rəssam kim idi?

10:40 24 iyun 2026
Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

Xoşagəlməz hadisə - Nadir Yalçının hekayəsi

12:00 22 iyun 2026
"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

"Ehtirasla sevdiyim dəqiqə artıq ötüb keçir..." - Jan Pol Sartrın "Ürəkbulanma" romanından bir hissə

10:00 21 iyun 2026
Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər