Bakıda amazonlara həsr olunmuş sərgi keçiriləcək

Bakıda amazonlara həsr olunmuş sərgi keçiriləcək
18 oktyabr 2013
# 12:07

9 ildir, 7 ölkədə (Almaniya, Braziliya, Yunanıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Azərbaycan) və 5 dildə (alman, ingilis, rus, türk, Azərbaycan) aparılan tarixi, etnoqrafik, arxeoloji tədqiqatlar nəticəsini verib.

APA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, N. Gəncəvi adına Almaniyadakı Mədəniyyət İnstitutu, AMEA və Almaniyanın bir çox qurumlarının dəstəyi ilə Moskva, Sankt-Peterburq və Qafqazın bir çox bölgələrinə - Gürcüstan, Çeçenistan, İnquşetiya, Dağıstan, Osetiyaya 10-a yaxın elmi ekspedisiya təşkil edilib, muzeylərdə, arxivlərdə, fondlarda tədqiqatlar aparılıb, son 170 ilin arxeoloji qazıntıları analiz edilərək əksəriyyəti dünyanın indiyə qədər heç bir sərgisində nümayiş etdirilməyən 500-ə yaxın eksponat sərgi üçün seçilib.

Amazonlar sərgisinin ilk olaraq Bakıda 2014-cü ildə təşkil olunması nəzərdə tutulur.

Amazonların Qafqazda ilk tədqiqatçısı, N. Gəncəvi adına Almaniyadakı Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi APA-ya bildirib ki, tədqiqatların elmi nəticələri tarixi döyüşçü qadınlar olan amazonların ilkin məskənlərinin bugünkü Azərbaycan, Naxçıvan, Astara və Qarabağ bölgəsinin olduğunu sübut eləməyə imkan verir.

Onun sözlərinə görə, yalnız Azərbaycanda silahla (ox-yay, qılınc, xəncər, bıçaq, ox qabı, təbərzin balta), bəzək əşyaları ilə (baş bəzəkləri, təbərzin formalı bəzək əşyaları, ağır qol-qıç bilərzikləri, güzgü və s) dəfn edilmiş 20-yə yaxın döyüşçü qadın qəbri analiz edilib: “Amazonların mifologiya deyil, tarixi həqiqət olduqlarını və onların son tunc, erkən dəmir dövründə ilkin yaşayış yerlərinin bugünkü Azərbaycan torpaqları olduğunu və buradan Kür, Araz, Alazan çayları boyunca İberiya, Kaxetiya vasitəsi ilə Qara dəniz sahillərinə, oradan Yunanıstana və bütün dünyaya yayılmalarını sərgidə üç əsas tədqiqat obyektlərinin köməyi ilə nümayiş etdiriləcək: Qobustan qayaüstü rəsmlərində ox-yay, at belində döyüşçü qadın təsvirləri, Naxçıvan, Gədəbəy, Qarabağ, Mingəçevir və digər bölgələrdən aşkar edilmiş silahlarla dəfn olunmuş döyüşçü qadın qəbirləri və qəbirdən aşkar edilmiş əyani arxeoloji nümunələr və Astara döyüşçü daş qadın heykəli, antik müəlliflərin mənbələri, qədim tarixi xəritələr və son 10 ilin arxeoloji tədqiqatları vasitəsi ilə...”

N. Atəşi hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda mövzu ilə bağlı “Azərbaycanın hərb tarixində qadının rolu” mövzusunda dissertasiya müdafiə etmək ərəfəsində olduğunu da deyib. O, Almaniya muzeylərində, arxivlərində apardığı tədqiqatlar nəticəsində müəyyən edib ki, SSRİ dövründə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Azərbaycanın tarixi torpağı olan Qarabağ Ermənistan tarixi kimi təqdim olunub, Xocalı-Gədəbəy mədəniyyəti, yüzlərlə tarixi, arxeoloji, coğrafi, etnoqrafik faktlar saxtalaşdırılaraq, Ermənistan tarixinə aid edilib, eyni saxtakarlıq Almaniya və Avropanın elmi mətbuatına, dərsliklərinə də yol açıb.

Bu elmi əsərlərin Azərbaycan dilində tərcümələrində isə bu faktlar yox edilərək, Azərbaycan elmi və tarixi bundan xəbərsiz qalıb. Tədqiqatçı qeyd olunanlarla bağlı Azərbaycan və Almaniyanın müvafiq qurumları qarşısında məsələ qaldırdığını deyib.

# 2066 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
# # #