Rus mafiyasının imperatoru-Yaponçik əfsanəsi  

Rus mafiyasının imperatoru-Yaponçik əfsanəsi  
6 may 2013
# 11:38

Uşaqlıqda daim davaya bəhanə axtarar və həmişə özündən böyüklərə icəşərdi. Məktəb illərində idmana böyük həvəs göstərən Slava Şərq döyüşü - cui-citsu, sambo və qaydasız döyüşlə məşğul olur, dərsdən sonra böyük şagirdlərlə “razborkalar” aparır, istədiyini əldə edə bilmədikdə əlbəyaxa döyüşə girişərdi.

Vuruşmaq, kiminsə ağız-burnunu qanatmaqla onu saya salmayan qızların rəğbətini qazanmaq istəyirdi. Yaradan ona iradəni, dözümlüyü, hirsi, nifrəti bol-boluna versə də, yaraşıq cəhətdən pay ayırmamışdı. İdmançılara dövlətin xüsusi rəğbət bəslədiyini, onların müxtəlif səyahətlərini, təlim-məşq proseslərini maliyyələşdirdiyini görən «uzkoqlazıy» hələ yeddinci sinifdə oxuyarkən böyüklər arasında keçirilən şəhər birinciliyində bürünc medalla bərabər aldığı «İdman ustalığına namizəd» nişanını yayda köynəyinin, soyuqlar düşəndə isə yeganə kostyumunun döşünə sancardı.

Gələcək avtoritetin, milyarderin uşaqlıq illəri çətinliklər, məhrumiyyətlərlə dolu olub. Atası Kiril kişi məhəllədə əyyaş kimi tanındığından Slavanın da bu yolla gedəcəyini düşünənlər az deyildi. Əlinə düşəni spirtli içkilərə verib beynini dumanlandıran Kiril evə gələn kimi dava-haray qaldırar, çox vaxt uşaqları arvadına qatır, qonşuları söyüb-sulayırdı. Sərxoş ata bəzən yumruqlarını düyərək bir bucağa çəkilən Slavanı cinlədərdi: «Nə baxırsan pusquda dayanın canavar kimi? Bəlkə məni də təpiyinin altına salıb tapdayasan, əzişdirəsən? Nə durmusan, gəl, vur məni, atanı döydüyünə görə daha iri, yekə medal qazana bilərsən. Döşündəki nədir? Ordendir? Medaldır, yoxsa komsomol znaçoku?»

Əyyaşlığın həddi o yerə çatmışdı ki, Kirill kişi həftələrlə ayıltma məntəqələrində, xəstəxanalarda gün keçirir, onsuz da çətin olan ailə vəziyyətini daha da ağırlaşdırırdı. Ailəyə çörək gətirən yeganə adamın, xanımının xəstələnərək yatağa düşdüyünü görən Kirill baş götürərək evdən gedir.

Anası sağalandan sonra da uşaqlarının tərbiyəsiylə məşğul olmağa vaxt tapa bilmədiyindən Slavik də xəstələnir, ürək çatışmazlığı və xroniki bronxit tapır. Evdə bəzən günlərlə yavan çörək də olmurdu.

Üzbəüz binada yaşayan milis mayoru isə hər səhər blokun girişinə kağızdan düzəldilən “kulyok”da gah axşamdan qalan mer-meyvə qalıqlarını, gah kotlet-langet artıqlarını, gah da tort-bulka qırıqlarını qoyardı. Həyətdəki kasıb ailələrin uşaqları milis zabitinin bu «ürəyiyumşaqlığını» bildiklərindən, mayorun nə vaxt blokdan çıxıb « Pobeda»ya əyləşərək uzaqlaşacağını gözləyər və dava-dalaşla torbadakı «azuqə»ni bölməyə girişərdilər. Slavka heç vaxt torbanı qamarlamağa cummazdı. Amma dodaqlarını yalamağından bilinərdi ki, o da həmin təamlardan dadmaq üçün sino gedir. Nifrət dolu baxışlarla «Pobeda»nı gözdən itənəcən müşayiət edər, dodaqları arasından atasından yadigar qalan söyüşlər eşidilərdi.

Qəlbi kin-küdurətlə, qəzəb və ətrafdakı hər şeyə nifrətlə dolu olan Slava idman zalında təskinlik tapardı. Yorulub heydən düşənədək içərisi samanla doldurulmuş çuçelanı fəndə salıb boğar, təpiklər, döşəyə çırpardı. Onun nəzərində belindən aşıraraq döşəməyə çırpdığı çuçelo məhz qonşusu mayor idi.

Tezliklə onun gücünü məhlədəki rəqibləri hiss etdilər. Davaya girişdiyi hər bir rəqibini amansızcasına, qəddarcasına döyərdi Slavik. Məşqçilərinin fikrincə, əgər Slavka idmanın hər hansı növü ilə ciddi məşğul olsaydı, şəhər, bəlkə də ittifaq çempionu titulunu qazanardı. Lakin İvankov çempion olmaq fikrindən uzaq idi. Onun beynini haradansa pul tapmaq, qazanmaq fikirləri cırmaqlayırdı.

Səkkizinci sinfi bitirən kimi şəhadətnaməsini «sirk məktəbi»nə verdi. Havada mayallaq vurmaqla hamını heyrətə salmaq arzusundaydı. Lakin məşqlərin birində yeddi metr yüksəklikdən kəlləsi üstə arenaya yıxılan Slava bu arzusunu dəfn etmək məcburiyyətində qaldı. Kəllə-beyin travması alan İvankov sirk karyerasına birdəfəlik nöqtə qoyur.

Yenə ac-yalavac günlər, yenə qazanc haqqında düşüncələr...

Onun tay-tuşları axşamları yaxınlıqdakı parkda qurulan rəqs meydançalarında, pivə barlarında, kino-teatrlarda keçirirdilər. Pul qıtlığı Slavanı ev dustağına çevirmişdi.

Qonşunun köməyi ilə məişət xidməti kombinatında çilingər köməkçisi kimi işə düzələn Slavik tezliklə nümunəvi xidmətə görə briqadir vəzifəsinə irəli çəkilir, gecə məktəbində oxuyur və hətta əlaçı kimi şərəf lövhəsinə düşür. Artıq cibində pul xışıltısı gələn Slava gözəlliyi ilə məhəllə camaatını valeh edən Lidiya Eyvazova ilə rəqs meydançalarında, kino-teatrlarda görünməyə başlayır.

Tezliklə toy məclisi də qurulur. Toyda dostları İvankova ləqəb də yapışdırırlar - «Assiriyskiy zyat» - «Ayşor kürəkən»... Bu “klikuxa”nı İvankov Moskvanın cinayət aləminə qədəm qoyanadək, “Yaponçik” olanadək şərəflə daşıyır. Həyat yoldaşı Slavanı dərin məhəbbətlə sevirdi. İvankov hətta Monqolun dəstəsinə qoşulub KPZ-yə düşəndə də, «dəlixana»da müalicə alanda da, qazamatda oturanda da Lidiya ona sadiq qalır, görüşünə gəlir, sovqat gətirirdi.

72-ci ildə Karkovun dəstəsi darmadağın edilib, əlaltıları maksimal “sroklar” alsalar da, bandanı silahla təchiz edən, ən gəlirli “nakolkalar” verən, cinayətlərdə “paravoz” sayılan İvankov cəzadan can qurtara bildi. O, sınanmış adamlardan yığcam dəstə düzəldərək fəaliyyətə girişdi. O, dostu Asəflə İttifaqın hər yerində qəflətən peyda olur, tez müddətə qara işini görərək iz qoymadan aradan çıxırdı. Xəfiyyələr Yaponçık haqqında məlumatlı olsalar da, onu yaxalamaq üçün tutarlı dəlillər tapa bilmirdilər.

1974-cü ildə dostlar “Rus” restoranında sonuncu “qələbəni” yuyurdular. Qonşu mizin arxasında əyləşmiş dəstənin hay-harayı İvankovun xoşuna gəlmədiyindən gürcülərlə Asəf arasında mübahisə düşür. Çılğın qafqazlı tapançasını çıxararaq Dqebuadzeni ağır yaralayır və aradan çıxır. İvankovu tuturlar. Butırkaya gətiriləndə dustaqlar onu generalı alqışlayan əsgərlər kimi qarşılayırlar. Tezliklə Butırkada oturan oğrular yığışaraq Yaponçiki taclayırlar. Məhkəmə zamanı “Rus”da olan şahidlər ifadələrini dəyişərək İvankovun bu hadisədə günahsız olduğunu deyirlər. Nəticədə Yaponçik çox gülməli cəza alaraq düşərgəyə göndərilir.

Yaponçikin cəzadan qurtarması üçün bayırdakı dostları xeyli iş görmüşdülər. Müstəntiq küllü miqdarda rüşvətlə ələ alınmış, Butırka rəhbərliyi, nəzarətçilər və prokuror da yaddan çıxarılmamışdı.

Başından yeni zədə almasaydı bəlkə də Slava yaxşı ailə başçısı, cəmiyyətin normal bir üzvü ola bilərdi. Avtomobil qəzası nəticəsində yenidən kəllə-beyin zədəsi alması onu xəstəxana çarpayısına pərçimləyir və burada o Monqolun dəstəsindən olan Şurik Xmurıy ilə dostlaşır. Dəstə üzvləri hər gün podelnikləri Xmurını yaxşı pay-püşlə, məzəli lətifələrlə, bahalı dərmanlarla yad edir, palatada yatanları da yaddan çıxarmırdılar. Şurikin ləqəbi Xmurıy olsa da, çox ünsiyyətcil, zarafatcılın birisiydi. Xəstəxanadan çıxandan sonra da Xmurıy palatadakı çarpayı qonşusunu yaddan çıxarmır, günaşırı onu Moskvanın ən məşhur restoranlarında şam yeməyinə, bazar günləri isə Lobnya meşələrində təşkil etdikləri quş ovuna, uik-endə aparırdı.

SSRİ DİN-nin sənədlərindən:

Aparılan istintaq tədbirləri zamanı 10 dekabr 1976-cı ildən 07 fevral 1977-ci il tarixlərədək İvankov Serbski adına İnstitutun məhkəmə-psixatriya ekspertizasında olub. Onu müayinə edən komissiya belə qənaətə gəlib ki, İvankov xroniki psixi – şizofreniya xəstəliyindən əziyyət çəkir. Onun xüsusi psixatrik xəstəxanada məcburi müalicəyə ehtiyacı var.

İvankov Smolenskdəki psixatriya xəstəxanasında 15 iyun 1977-ci ildən 03 oktyabr 1978-ci ilədək yatır və müddət ərzində tamamilə sağalaraq azadlığa buraxılır.

SSRİ DİN-nin sənədlərindən:

1965-ci ildə İvankov cibə girərkən yaxalanır və yaşadığı sahənin milis bölməsinə gətirilir. Saxlanılan zaman milis əməkdaşlarına müqavimət göstərir, özünü psixi xəstə kimi aparır.

Bu dəfə Yaponçiki Kaşenko adına psixatriya xəstəxanasına göndərirlər. Bratva elə həmin gün lazaretin baş həkimini “görür” və təcili halda lazım olan sənədlər toplanılır. “Dəlixana”da ayrıca palatada yerləşdirilən İvankov xata xlebinkini də özü seçir, Monqolun adamları ərzağı ona bayırdan ötürürdülər. Palatada portativ soyuducu, televizor və elektrik sobası quraşdırılmışdı.

Günorta hamam, hər gün iki saatlıq axşam gəzintisi...

Xəstəxananın tibb personalı, xüsusilə də “medbratlar” Yaponçiklə daha isti münasibət qururdular. Onların nahar və şam yeməkləri “şizofrenikin” hesabına alınan “puzur”suz ötüşmürdü.

1966-cı il aprelin 5-dən iyulun 18-dək Kaşenko adına dəlixanada olduğu müddətdə İvankov xadimədən tutmuş baş həkimədək hamının sevimlisinə çevrilmişdi. O, nərd, pinq-ponq, domino, dama yarışlarında məmnuniyyətlə iştirak edir, boş vaxtlarını kitab oxumaqla keçirir, görüşünə gələn qeyri-qanuni zövcəsi Kalya və oğulluğa götürdüyü Viktoru xüsusi sevinclə qarşılayır, yola salırdı.

18 iyulda İvankov xəstəxanadan qaçırılır. Görünür bu addıma Yaponçik əvvəldən hazırlaşıbmış.

Avqustun əvvəllərində İvankov kamal attestatı almaq üçün 9 və 10 sinif həcmində ekster imtahan verir. Bu olayın onun nəyinə lazım olduğunu indiyədək kimsə dərk edə bilməyib və Yaponçikin özündən soruşmağa da cürət etməyiblər.

Noyabradək milis əməkdaşları İvankovu yaxalaya bilməyiblər.

Nikolay Modestovun Yaponçik haqqında dediklərindən:

- İvankov həmişə qadınlar arasında məhəbbətlə qarşılanırdı. Onu bir dəfə müayinə üçün lazaretə aparmışdılar. Xəstəxananın həkim və tibb bacıları Yaponşiki qəbul otağı qarşısında gözləyirdilər. Lazım olan diaqnoz yazılan sənədlər isə yarımca saatın içində hazırlandı. Başqaları üçün bu iş həftələrlə, aylarla uzana bilərdi.

- Məni Yaponçiklə hələ uşaqlıqdan dost olduğum Asəf tanış etmişdi. Asəflə isə Yulya Kalinanın oğlu Biktor Yulyeviçin ad günündə tanış olmuşdum. 74-cü ilin iyul ayının 14-ü idi. Vityanın 10 yaşı tamam olurdu. Məclisə Yaponçiklə birlikdə o vaxtlar Moskvada “xod gedən” Rafik Baqdasarov da gəlmişdi.

İvankov ilk dəfə məhbəsə 1966-cı ildə, 25 yaşında olarkən düşüb. Bir qədər qeyri adi səslənsə də, Assiriyskiy zyat cibgirlik üstündə yaxalanıb. Onun gəncliyini, iş yerindən verilən xasiyyətnaməsini nəzərə alaraq, şərti cəza ilə yaxasını qurtarıb. Həm də, Monqol həmin işdə Moskvanın iki məşhur vəkilini məhkəməyə göndərmişdi. Məhkəmədən sonra Monqolun təşkil etdiyi ziyafətdə bir xeyli spirtli içki qəbulundan sonra özünün etiraf etdiyinə görə, Slava oğurluğa hələ 14 yaşı olarkən, anası xəstəxanada yatanda Belorus vağzalından başlamışdı. Ola bilsin, İvankov bu etirafı ilə dəstə üzvləri arasında öz hörmətini artırmaq istəyirdi. Gələcək “maqiran” əslində ilk cinayətini yetkinlik yaşından sonra törədib.

Hay-haraylı banketdən cəmisi üç həftə sonra Slava yenidən KPZ-yə düşür. Bu dəfə “Rijskiy rınok” da bazarlıq edən prokurorun çantasından “Lopatnik”ini çırpışdırmışdı. Sən demə, prokurorun sürücüsü şefin xanımını bir qədər aralıdan müşayiət edirmiş.

Yaxalanarkən sürücüyə kəllə zərbəsi endirərək aradan çıxa bilsə də, milis əməkdaşları çıxış qapısı qarşısında onu qamarlayırlar. Üç nəfər poqonlu İvankovu çətinliklə ram edərək milis bölməsinə gətirir. Burada da özünü çox əsəbi aparan Slavanı birbaşa Koşenko adına psixodispanserə aparırlar. Həkimlərin diaqnozuna görə, İvankov şizofreniya formalı xroniki psixi xəstəlikdən çəkirmiş və onu məcburi müalicəyə göndərirlər. Psixi xəstəxanada Slavanın davranışı tamamilə dəyişir: palata yoldaşları ilə ünsiyyət yaradan şizik mütaliəyə başlayır, stolüstü tennisdə as pinq-ponçu olduğunu göstərir, görüşünə gələn zövcəsi Lidiyanı mehribancasına qarşılayır, istintaqın gedişi ilə maraqlanır...

Bir sözlə, elə o vaxtdan İvankov hiyləgərlik işlədərək hüquq-mühafizə orqanları əməkdaşlarını barmağına dolayıb, sudan quru çıxmağın yolunu öyrənir. İki aydan sonra vəkildən məhkəmənin psixi diaqnozu əsas götürəcəyini eşidən Slava xəstəxanadan qaçır.

Yenidən tutularaq dəlixanaya göndəriləcəyindən qorxan İvankov öz evlərinə getmir, Monqolun dəstəsindən olan dostlarının mənzillərində yaşamağa başlayır. Bütün sayıqlığa, ehtiyata baxmayaraq, dörd ay sonra İvankov yenidən ələ keçir.

Daha üç ay Kaşenko xəstəxanasında “müalicə”dən sonra 1967-ci ilin fevralında Gennadi Korkovun – “Monqol”un köməyi sayəsində xəstəxanadan çıxarılır. Belə cəsur, hiyləgər, həm də idmançı gənclərə Monqolun ehtiyacı vardı.

Deyilənlərə görə, tezliklə Slava dəstənin ən bacarıqlı üzvlərindən birinə çevrilir.

Monqolun dəstəsi darmadağın edildikdən sonra artıq “Yaponçik” ayaması ilə tanınan İvankov öz dəstəsini yaratmağa girişir. Təzəlikcə azadlığa çıxmış residivistlər - Asəf, Balda və Sliva ilə birlikdə Yaponçik yeni bandanın təməlini qoyur. Dəstənin əsas işi sexovşiklərin evində axtarış aparmaq olur. Bu zaman onlar milis paltarı geyinir, yaxud DTK sənədləri təqdim edirdilər. Əvvəllər Monqolun adamlarının topladığı informasiyadan istifadə edir, tez-tez səyahətə çıxır, “iş” yerlərini-şəhərləri dəyişirdilər. Soraqları gah Riqadan, gah Kazandan, gah da Uraldan gəlirdi. Və ələ keçirdikləri kuşun tən yarısını ittifaqın kiçman-zonlarına qrev göndərirdilər.

1981-­ci il­də atış­ma­dan son­ra yenidən həbs olu­nan İvan­kov say­sız-­he­sab­sız re­ket əməl­lə­rin­də gü­nah­lan­dı­rı­lır­dı. Am­ma is­tin­ta­qın so­nu üçün onun ci­na­yət işin­də yal­nız bir­cə epi­zod var­dı, o da si­lah­lı bas­qın. Elə bu bas­qı­nın özü­nü də məh­kə­mə­də sü­but et­mək bö­yük prob­le­mə çev­ril­miş­di. Öl­kə prak­ti­ka­sın­da ilk də­fə idi ki, məhkəmə ha­ki­mini gü­nün iyir­mi dörd saa­tı müddətində mü­ha­fi­zə edir­di­lər. Ya­pon­çi­kin özü­nü isə "Mat­ros­ka­ya Ti­şi­na"­dan məh­kə­mə za­lı­na ağ­la­sığ­maz mar­şrutlar­la çat­dı­rır­dı­lar. Sə­bəb sa­də idi - ha­mı kon­voy üzə­ri­nə edi­lə­cək hü­cum­dan eh­ti­yat­la­nır­dı.

Am­ma axır­da pay­taxt Fe­mi­da­sı par­laq qə­lə­bə çal­dı, İvan­ko­vu zo­na gön­dər­di­lər.

Bü­tün dün­ya­da məş­hur olan mosk­va­lı za­kon­nik Sla­va İvan­kov 1982-­ci il­də re­ke­tə gö­rə on dörd il iş ala­raq Ko­lı­ma­da­kı cid­di re­jim­li ko­lo­ni­ya­la­rın bi­ri­nə gə­ti­ril­miş­di. İş­lə­mək­dən im­ti­na et­di­yi­nə gö­rə üç ay­dan son­ra onu Tu­lun həbs­xa­na­sı­na etap et­miş­di­lər. Krıtı­da ilk bir ne­çə il ər­zin­də Ya­pon­çik qırx də­fə­dən ar­tıq Şİ­ZO və kar­se­rə sa­lın­mış­dı. İr­kutsk həbs­xa­na­sı­nın rəh­bər­li­yi onun şəx­si işi­nə hər gün bir­cə cüm­lə əla­və edir­di:­"İş­lə­mək­dən im­ti­na et­miş­dir".

İ­van­kov hər də­fə kar­ser­dən çıx­maq üçün həbs­xa­na rəi­si və prokuro­ra əri­zə ya­za­raq sax­la­ma şə­rai­tin­dən şi­ka­yət­lə­nir­di:

"­Xa­hiş edi­rəm, mə­nə fi­zi­ki iş gör­mək üçün şə­rait ya­ra­da­sı­nız. Çünki öz şəx­si he­sa­bım­da pul top­la­maq is­tə­yi­rəm. Mə­ni isə daim kar­se­rə və cə­za izol­ya­to­ru­na sa­la­raq iş­dən ayı­rır­lar".

Növ­bə­ti də­fə isə İvan­kov Tu­lun həbs­xa­na­sı­nın bir əmək­da­şı­nın ba­şı­na kə­til­lə zər­bə en­dir­di­yi­nə gö­rə kar­se­rə dü­şmüşdü.

Ardı var

# 6093 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #