Məşhur rejissorun çəkdiyi fotolar - FOTOLENT

Məşhur rejissorun çəkdiyi fotolar - FOTOLENT
30 aprel 2013
# 11:22

Azərbaycanda kino ilə azca maraqlanan adam məşhur rejissor Andrey Tarkovskini tanımamış olmaz.

Ancaq bu dəfə onun filmlərindən yox, fotoqraflıq bacarıqlarından danışacağıq.

İtaliyalı rejissor Mikelancelo Antonioni və Tarkovski yaxın dost idilər. Antonioni 1977-ci ildə Tarkovskiyə ABŞ istehsalı olan Polaroid fotoaparatı hədiyyə edir. Hədiyyə Tarkovskinin ürəyincə olur və onun ən sevdiyi əşyaya çevrilir. 1970-ci illərin sonlarında Tarkovski “Nostalgiya” filmi üçün materiallar topalayarkən xeyli foto çəkir. Onun 1979-1983-cü illərdə çəkdiyi 200-ə yaxın fotoşəkilin 60-ı İtaliyada 2006-cı ildə kitabda (Instant Light) yer alıb. Kitabın ön sözünü məşhur italiyalı ssenarist, sovet vətəndaşı Eleonora Yabloçkina ailə həyatı quran Tonino Guerra yazıb. Tonino Tarkovski ilə dost olub və “Nostalgiya” filminin ssenarisini qələmə alıb.

Tonino yazır: “Tarkovski 1977-ci ildə Moskvada keçirilmiş toyuma Polaroid fotoaparatla gəldi. Polaroidi yeni kəşf etmişdi və zövqlə fotolar çəkməyə başladı. Nikah şahidlərim o və Antonioni idi. İmzalar atıldıqdan sonra oxunacaq musiqini onlar seçməli idi. "Blue Danube"ni seçdilər.

Həmin vaxtlar Antonioni də Polaroid istifadə edirdi. Film çəkmək istədiyimiz məkanlardan biri olan Özbəkistana kəşfiyyat gəzintisinə getdiyimiz zaman Tarkovski üç yaşlı müsəlman uşağın fotosunu çəkdi və fotoları onlara verdi. Uşaqlardan ən böyüyü fotolara baxıb dərhal geri qaytardı: "Bu, nə işə yarayar? Zamanı dayandırmağa?" Gözlənilməz reaksiya qarşısında çaşdıq və cavab verə bilmədik.

Tarkovski zamanın "qaçması” haqqında tez-tez düşünərdi və etmək istədiyi tək bir şey vardı: bir an üçün olsa belə Polaroidlər üzərində zamanı dayandırmaq.



Tarkovskinin obyektivində əsasən həyat yoldaşı Larisa, oğlu Andrey və itləri Dakusdur. Əksəriyyəti Ryazan vilayətinin Myasnoe kəndindəki evlərində çəkilib. Tarkovski evin yaxınlığından axan Pera çayında öz qayığı ilə üzməyi çox sevirdi. “Stalker” and “The Sacrifice” filmlərinin ssenarisinin ilkin versiyasını da belə gəzintilər zamanı yazmışdı.

Fotolar arasında Moskvada çəkilmiş olanları da var. Nostalgiya filminin çəkilişi üçün İtaliyaya gedərkən Tarkovski bu fotoları özü ilə götürür və orada da Polaroidi ilə çəkməyə davam edir.

# 3132 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
# # #