Bu gün Sahilə İbrahimovanın kitab təqdimatıdır

Bu gün Sahilə İbrahimovanın kitab təqdimatıdır
13 oktyabr 2014
# 09:47

Sahilə İbrahimovanın “Çevriliş” adlı yeni kitabı çapdan çıxıb.

Kitab Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsi çərçivəsində buraxılmış ilk kitabdır.

“Sahilə roman üçün çox maraqlı, bizim ədəbiyyatda yetərincə araşdırılıb yazılmamış bir dövrü – sovetlərin dağılması, müstəqilliyin ilk illərini mövzu kimi seçib. Romanın qəhrəmanı Zərifə yazıçı ola bilmədiyi üçün tərcüməçi (Sahilə çevirici yazmağı sevir) olmaq qərarına gəlir və bunu belə əsaslandırır ki, yazıçı olmadan yazmağın, bədii mətn yaratmağın yeganə yolu bəlkə tərcüməçilikdir. Bu maraqlı yanaşma roman boyu imperiya buxovundan qurtulub müstəqilliyini yenicə əldə etmiş ölkənin, zorlanıb namusu ləkələnmiş Zərifənin taleyi ilə paralellik təşkil edir; yəni ölkə də qabıq verib dəyişir, başqa mərhələyə keçir, çevrilir, Zərifənin həyatı da. Və bütün bunları yaşamış roman qəhrəmanı qərara gəlir ki, yaradıcı olmadan yaradıcılıqla məşğul olmağın ən yaxşı yolu, bir növ yaradıcılığı imitasiya etməkdir. Müstəqilliyini yenicə əldə etmiş, keçid dövrü deyilən uzun və ağrılı mərhələni yaşayan hər bir xalqın taleyində mütləq mənada bu imitasiya/simulasiya dövrü olur. Sahilə də həm sujetlə, həm eyhamlarla, həm də dil oyunları vasitəsilə vurğunu bu nöqtəyə salır. Zərifə çevirici, bir mətni başqa dilə çevirəndi, ölkə bir formasiyadan başqasına keçib, çevrilib və ən nəhayət qəhrəmanın öz həyatında da bir “çevriliş” baş verib. Bütün zəngin təsvirləri, poetik pasajları, müxtəlif ədəbiyyatlardan əxz edilmiş və yaxşı da tətbiq edilmiş fəndləri ilə bərabər, düşünürəm ki, Sahilənin romanın onurğasında, həyatımızdakı baş tutmuş, yaxud alınmamış, alayarımçıq metaformozlar durur. Hətta bu çevrilmə(k) düşüncəsi o qədər müəllifin fikrindədir ki, romanın bir yerində təbiət filosofu Falesi xatırladan bir bənzətməylə rastlaşırıq: “Yaşıl köynəyimə düşən göz yaşına ütü çəkəndə, göz yaşım buxarlandı.” Sahilə sanki demək istəyir ki, hər şey – hətta kədərli bir qadının gözlərindən köynəyin üstünə düşən göz yaşı da başqa hala düşür, dəyişir, amma biz dəyişə, çevrilə bilmirik. Biz nə Qreqor Samsayıq, nə də ki, böcək. Biz həm körpüyük, həm də yolu keçənik. Və Sahilə deyir ki, bu körpünü – özümüzü birinci elə biz keçməliyik”.

Kitabın redaktoru Qismət romanı belə təhlil edir.

Kitabın təqdimatı bu gün, saat 14:15-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında baş tutacaq.

# 2529 dəfə oxunub

Oxşar xəbərlər

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər