Şəkidə I Beynəlxalq Teatr Festivalı başlayıb

Şəkidə I Beynəlxalq  Teatr Festivalı başlayıb
11 sentyabr 2014
# 16:43

Şəkidə I Beynəlxalq Teatr Festivalına start verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyinin və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Festival çərçivəsində Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasiminin rəsmi hissəsində son illər teatrların maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edən film nümayiş etdirilib. Sonra mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan teatrının keçdiyi tarixi yola qısa nəzər salıb. Teatr binasının yenidən qurularaq belə gözəl görkəm almasında, həmçinin teatrın inkişafında əməyi olan bütün insanlara təşəkkürünü bildirən nazir bu teatrda hələ bir çox layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə mötəbər tədbirin və festivalın Şəkidə keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O deyib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib. Bu, cari ildə Şəkidə keçirilən sayca 4-cü beynəlxalq festivaldır.

Rəsmi açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını – İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsəri əsasında hazırlanan tamaşanı təqdim ediblər.

Festival 10 gün davam edəcək.

# 2741 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər