Gənc yazar beynəlxalq mükafatın qalibi oldu

Gənc yazar beynəlxalq mükafatın qalibi oldu
6 noyabr 2014
# 12:30

Xəbər verdiyimiz kimi, bu ilin iyun ayında Avrasiya Yazarlar və Azərbaycan Yazıçılar birliklərinin təşkilatçılığı ilə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinə start verilib.


Artıq müsabiqənin Azərbaycan üzrə qalibləri müəyyənləşib. Qaydalara görə, ölkələrdə hekayələrin qəbulu sentyabrın 30-dək aparılıb. Azərbaycanda müsabiqəyə 22 müəllif 31 hekayə ilə qatılıb. Hekayələr 6 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Cümhuriyyəti Səfirliyinin Mədəniyyət Müşavirliyinin və Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin əvvəlki qaliblərindən ibarət münsiflər heyəti oktyabr ayı ərzində hekayələri oxuyaraq 10 ballıq sistemlə qiymətləndirib.

Münsiflərin qiymətləndirməsinə əsasən, «Yelkənli qayıq» şərti imzası ilə təqdim edilən (müəllif Alpay Azər (Əhmədov) «Hikkəli qadın» hekayəsi 45 balla 1-ci yerə layiq görülüb. «İnal» şərti imzası ilə təqdim edilən (müəllif Natiq Məmmədli) «Bekketə salam» hekayəsi 43 balla 2-ci yerin sahibi olub. “Lalə.M” şərti imzası ilə müsabiqəyə təqdim olunmuş (müəllif Vəfa Mürsəlqızı) «Namus» hekayəsi isə 42 balla 3-cü yeri tutub.

Bildirildiyi kimi, 25-ə yaxın ölkədə birinci yer tutan hekayələr Türkiyə türkcəsinə çevrilərək ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim olunacaq. Ölkələrarası mükafatların təqdimatının bu il dekabr ayının 8-də Bakıda keçirilməsi nəzərdə tutulur. Azərbaycan üzrə müsabiqənin qaliblərinə mükafatlar da həmin mərasimdə təqdim olunacaq.

S.ABDULLAYEVA

# 2932 dəfə oxunub

Oxşar xəbərlər

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər