Elif Şafak Prustun suallarına cavab verir

Elif Şafak Prustun suallarına cavab verir
17 oktyabr 2013
# 07:45

Marsel Prust 13 yaşı olanda bir “xatirə dəftəri” alıb içindəki sualları cavablandıraraq bir dostuna ad günü hədiyyəsi kimi verib. 20 yaşında olanda Prust bu suallara bir daha cavab yazıb. 7 ildə cavabları çox az dəyişmişdi. Lakin bu suallar Prustun ölümündən sonra tapılıb və çap edilib. Hətta bir neçə il əvvəl yazıçının tərtib etdiyi xatirə dəftərinin vərəqlərinin əsli Parisdə hərraca çıxarılıb və 120 min avroya satılıb. Sualların indiki şəklə salınmasına isə Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Elif Şafaq Prustun suallarına cavab verir.

- Sizi ən çox həyəcanlandırana bilər?

- Qışqırıq.

- Harada yaşamaq istərdiniz?

- Yollarda, köç vəziyyətində.

- Yaşaya biləcəyiniz ən xoşbəxt an hansıdır?

- Hələ yaşamamışam.

- Hansı səhvləri gülərüzlə qarşılaya bilərsiniz?

- Eşqlə bağlı səhvlər.

- Ən sevdiyiniz kişi obrazı hansıdır?

- “Səfillər”in qəhrəmanı Jan Valjan.

- Ən sevdiyiniz qabın obrazı hansıdır?

- Betti Blu. (“Sabah 37,2 °C" fransız filminin qəhrəmanı-red.)

- Qəhrəmanınız kimdir?

- Şəms! Ən sevdiyim tarixi obraz Mövlanə Cəlaləddin Ruminin qarşısına çıxan Şəms! Rusiyadan Avvakum, Rasputin. Osmanlıdan Bəkri Mustafa. Ömər Xəyyam. Bundan əlavə Martin Lüter Kinq, Sezar Çavez, Emiliano Zapata.

- Real həyatdakı sevimli qadın qəhrəmanınız kimdir?

- Anam.

- Ən sevdiyiniz rəssam kimdir?

- Qara qələm.

- Ən sevdiyiniz musiqiçi kimdir?

- Mayls Devis.

- Kişidə ən sevdiyiniz xüsusiyyət hansıdır?

- Sirlilik (Türkcədə: Əsrar).

- Qadında ən sevdiyiniz xüsusiyyət hansıdır?

- Sirlilik (Türkcədə: Əsrar).

- Ən sevdiyiniz məziyyət hansıdır?

- Xəyalların gücü.

- Sizi ən çox xoşbəxt edən iş nədir?

- Yazmaq.

- Kimin yerində olmaq istərdiniz?

- Özümün.

- Dostlarınızda hansı xüsusiyyətlərin olmağını istərdiniz?

- Dostluq.

- Ən başlıca çatışmazlığınız nədir?

- Səbirsizlik.

- Pis cəhətiniz nədir?

- “Starbucks” qəhvəsinə aludəliyim.

- Ən sevdiyiniz rəng hansıdır?

- Sarı, qara və bənövşəyi.

- Ən sevdiyiniz çiçək hansıdır?

- Nərgiz.

- Ən sevdiyiniz quş hansıdır?

- Bayquş.

- Ən sevdiyiniz yazıçı kimdir?

- Edqar Alan Po.

- Ən sevdiyiniz şair kimdir?

- Şeyx Qalib.

- Tarixdə ən sevmədiyiniz obraz hansıdır?

- Elton Con (tarix sayılır).

- Ən çox xoşladığınız xüsusiyyət hansıdır?

- İnanc!

- Necə ölmək istərdiniz?

- Donaraq.

- Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Daha çox xaos!

- Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?

- Xaotik!

# 3341 dəfə oxunub

Oxşar xəbərlər

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

14:20 26 avqust 2026
“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

12:40 26 avqust 2026
"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

16:00 24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu  Madonna"

Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"

14:20 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər