Pakistandakı azərbaycanlı fahişələr - FOTO

Pakistandakı azərbaycanlı fahişələr - FOTO
22 fevral 2013
# 08:00

“Dində, şəriətdə qadağandır. Amma fahişəlik buralarda da yox deyil. Düzdür, açıq şəkildə küçədə, xiyabanda durmurlar. Əsasən tanışlıqla və yeri gizli saxlanılan evlərdə fahişələr var”.

Bunu deyib, gülür Şərif.

Düzü İslamabadda, Pakistanın mərkəzi şəhərində fahişələrə rast gəlmədik. Amma şəhərdən bir qədər kənar çıxan kimi yolun kənarında üstünə yeriyirlər. Çadraya bürünmüş bu qadınlar ilk baxışdan sənə dilənçi təəssüratı bağışlayacaq. Amma maşına yaxınlaşan kimi çadranı qaldırıb üzlərini açırlar…

Və alver başlayır.

Bir qədər əvvəl jurnalist həmkarımız Keyt Orne pakistanlı fahişələrlə bağlı araşdırma aparmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, hər bir pakistanlı fahişənin bir gün ərzində iki müştəridən qazandığı para təxminən bir məmurun aylıq maaşı qədərdir. Keyt yazırdı ki, fahişələrin yaş həddi, milliyyəti önəmli rol oynamır. Önəmli olan odur ki, onun mənzilində sənin təhlükəsizliyin tam təmin olunur, polisdən və qatı dindar kəsimin linçindən sığortalanmısan.

Keytin çəkdiyi şəkillərdən də bunu görmək mümkündür. Onlar öz müştərilərini o qədər də dəbdəbəli olmayan mənzillərdə qəbul edirlər. Bir müştəriyə edilən xidmətin qiyməti isə təxminən 10 min rupidir. 100 dollar civarında. 100 dollar isə Pakistanda az pul deyil.

Fahişə biznesi Karaçidə İslamabaddan çox daha böyükdür. Buradakı pritonlarda əsasən MDB ölkələrindən gələn fahişələr fəaliyyət göstərir. Aralarında xeyli azərbaycanlı da var.

Həmin bordellərdə qadın sutenyorlar sənə istədiyin millətdən, istədiyin yaşda fahişə tapa biləcək. Sutenyorları ehtiramla “madam” deyə çağırırlar. Məhz “madamlar” özləri həm polislə, həm də bu biznesə təhlükə yarada biləcək digərləri ilə məsələləri çözürlər.

Məlumatlara görə, təkcə Karaçidə hər birində 15-20 fahişənin çalışdığı, otuza qədər priton fəaliyyət göstərir.

Bir qədər zənginlər əsasən Rusiya və Ukraynadan olanlara üstünlük verirlər. Onların qiyməti 200-250 dollar arasındadır. Ən ucuz Çindən gələnlərdir. Burada “baçalar”a da rast gəlmək olar. “Baçalar” oğlan uşaqlarıdır.

“Uşaqbazlıqla məşğul olmaq istəyənlər üçün nəzərdə tutulub. “Baçalar” əsasən yerli sakinlərdir. Onlar əyalətlərdən, kasıb ailələrdən pulla alınır.

Bir maraqlı məqam: Burada fahişəliklə məşğul olan və hamının Jasmin deyə çağırdığı Azərbaycandan olan qadın barədə bir qədər əvvəl hətta BBC və digər Qərb KİV-də məlumat yaymışdı.

O, Karaçiyə 15 yaşı olanda gəlib, valideynlərindən qaçıb, çünki onu sevdiyi gənc oğlanla görüşməyə qoymurlarmış. Sevgilisilə birlikdə Bakıya köçəndən sonra uşağa qalıb. Sonra sevgilisi avtomobil qəzasında ölüb. 16 yaşında o - yalnız ana pulsuz-parasız qalıb və ailəsinin yanına qayıdarsa, öldürüləcəyindən qorxub.

O, Bakıda fahişəliyə başlayıb və biləndə ki, Karaçidə daha çox pul qazana bilər, ora köçüb.

Jasmin oğlunun görmək üçün ildə iki dəfə Azərbaycana gəlir...

Orada “Bakı”, “Qız Qalası” adında restoranların da fəaliyyət göstərdiyi deyilir. Azərbaycanlı fahişələrin əsas məkanı da elə bu obyektlərdir. Buranın “madam”ı da, fahişəsi də, qab yuyanı da, hətta ofisiantı da azərbaycanlıdır. Və geri, Azərbaycana çox nadir hallarda, iki ildən bir qayıdırlar.

O da “madam” icazə versə…

# 9184 dəfə oxunub

Oxşar xəbərlər

Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

18:35 6 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər